Qısa məzmun
Mars Overseas BakuSƏTƏM üzrə kiçik mütəxəssis (Şəmkir) vəzifəsi üzrə vakansiya elan edir.
Namizədin vəzifə öhdəlikləri:
- İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar etməlidir.
- Yeni işə qəbul olunanlarla,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək.
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir.
- Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
- Işçilərə təhlükəszilik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək
- Müəssisənin daxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aylıq təşkili, icra edilməsi və hesabatlarını hazırlamaq.
- Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək.
- Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nyəzarət etmə.
- Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.
- Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmaq
- Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirmək.
- Avtomatik yanğın siqnalizasiya, söndürmə, xəbərdaretmə, tüstü xaricetmə və digər yanğından müdafiə sistemlərinin işlək vəziyyətdə olmasına nəzarətin həyata keçirilmək
Namizədə tələblər:
- Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlama və təqdimetmə bacarıqlı; Səlis nitq
- Məqsədlərə çatmaq üçün səy göstərərkən riski müəyyən etmək, qiymətləndirmək və idarə etmək.
- Pozitiv yanaşma və komanda ilə işləmək bacarığı
- İntizamlı, sərbəst və detallı müşahidə
- İdarəetmə bacarıqı, vaxtın düzgün idarə edilməsi qabiliyyəti
- Şəmkir və yaxın bölgələrdə yaşamalıdır
İş rejimi:
- İş yeri – Şəmkir Aqro-park
- İş günləri – həftənin 5 günü
- İş qrafiki – 08:00 – 17:00
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “SƏTƏM üzrə kiçik mütəxəssis – Şəmkir” qeyd etməklə career@totalbeverage.group ünvanına göndərə bilərsiniz
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...