Qısa məzmun
Azərbaycan Hava Yolları SƏTƏM və KN İdarəsi/Mühəndis-ekoloq vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin və aidiyyəti normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
- Nəzarət və statistik orqanlara təqdim edilməsi qanunvericiliklə müəyyən olunmuş hesabat, arayış və s. sənədlərin hazırlanmasında iştirak etmək;
- Ekoloji normativ sənədlərin hazırlanmasında iştirak etmək;
- Ətraf mühitin mühafizəsi sahəsində Hava Limanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək;
- Ətraf mühitin mühafizəsinə dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması üçün təlim proqramlarının hazırlamaq və təlimlər keçirmək;
- Tullantıların idarə olunmasına nəzarət etmək;
- Qəza və fövqəladə halların təsiri nəticəsində ətraf mühitə dəymiş ziyan haqqında hesabat hazırlamaq;
- Ekoloji qəzalarını araşdırılması və yenidən baş verməməsi üçün həll yollarını təklif etmək;
- Ekoloji pozuntuların müəyyənləşdirmək və həll yollarının təklif etmək;
- Hava limanlarının ekoloji aspektlərini qiymətləndirmək;
- İSO 14001 beynəlxalq standarlarının tələblərini tətbiq etmək və daxili auditlərdə iştirak etmək.
Tələblər
- Təhsil: Bakalavr;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis;
- Kompüter bilikləri: MS Office;
- Ünsiyyət bacarıqları (yazılı, şifahi);
- Danışıqların aparılması bacarığı;
- Qərar vermə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı.
İş qrafiki
- 5 günlük iş rejimi, Saat: 09:00-18:00
İş Yeri
- Heydər Əliyev adına Hava Limanı
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...