Qısa məzmun
Ə/h 1200-2000 AZN. SMTS MMC SƏTƏM Mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
Tələb olunan iş Bacarığı:
- ISO 45001-2018 və ISO 14001-2015 tələblərinə uyğun Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin qorunmasının təmin olunması ilə bağlı lazımi biliklərə malik olmaq.
- ISO 45001 və ISO 14001 üzrə auditin aparılmasında sənədlərlə işləməyi bacarmalı.
- Tikinti Quraşdırma İşlərində Risklərin qiymətləndirilməsi bacarığına malik olmaq.
- Tikinti Quraşdırma İşlərinin gedişatını analiz etmək, təhlükəsizlik tələblərinin pozulmasını müəyyən etmək, işin daha təhlükəsiz yerinə yetirlməsi üçün İş metodunda tətbiq etmək bacarığı.
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməli.
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
- Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir:
- Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına;
- Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə;
- Səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına;
- Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə;
- Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə;
- İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına;
- İşçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılmasının təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə;
- İstənilən ziddiyyətli məsələləri müəyyən edib yoluna qoymaq üçün problemi həll etmə bacarıqları;
- Bir metodologiyanın digərindən üstün faydalarını təhlil etmək üçün təhlil bacarıqları;
- Müəssisə prosedurlarını, təlimatlarını, texniki sənədlərini və əlaqəli sənədləri oxuyub şərh etmək;
- Potensial təhlükələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək və səmərəlilik dərəcəsini müəyyən etmək;
- Risklərin qiymətləndirilməsi və idarə olunması üzrə bacarıqlar;
- Nəticələrə nəzarət etmək və işin keyfiyyətini qiymətləndirmək.
Tələb olunan təhsil və biliklər:
- Ali təhsil (Texniki)
- SƏTƏM Mühəndisi olaraq inşaat sektorunda ISO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini səlist ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
- Sertifikatları (IOSH, FHN, HITRA, Hündürlükdə iş, İlk yardım, Yanğın təhlükəsizliyi və s.)
- İT bilikləri -Microsoft Office
- Ətraf mühitin mühafizəsi, əməyin mühafizəsi, sanitar-gigiyena, texniki təhlükəsizlik məsələləri üzrə metodiki materialları;
- SƏTƏM siyasəti və hədəfləri;
- Ətraf mühitin mühafizəsi üzrə qabaqcıl yerli və xarici təcrübə;
- ISO 45001-2018, OHSAS 18001 standartları və ISO 14001 standartları;
- İnfrastruktur tikinti layihələrində beynəlxalq təhlükəsizlik normaları və nəzarət tədbirləri;
- Potensial təhlükələrin qarşısının alınması üçün görülən əsas qabaqlayıcı tədbirlər;
- İstehsalat sanitariyası;
- Elektrik, qaz təhlükəsizliyi tədbirləri və fövqəladə hallar zamanı təhlükəsizlik;
- Torpağın, suyun və havanın çirklənməsinin qarşısının alınması tədbirləri;
- İş əsaslı streslərin idarəolunması qaydaları;
- SƏTƏM üzrə tədbirlərin həyata keçirilməsi barəsində hesabatın tərtib edilməsi qaydası;
- FHN-nin yanğınla mübarizə ilə bağlı qayda və prosedurları (fərman və sərəncamlar);
- İlkin tibbi yardım qaydaları;
- SƏTƏM qayda və prosedurları.
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;
Digər tələb və şərtlər:
- Yaş həddi: 25-45
- Əmək haqqı 1200-1700 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: 6 günlük iş həftəsi
- İş yeri: Bakı şəhəri (rayonlara ezam oluna bilər)
- Nahar şirkət tərəfindən verilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində elektron ünvanına mövzu yerinə “SƏTƏM Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...