Qısa məzmun
PASHA Insurance Sığorta əməliyyatlarına dəstək xidməti üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
“PAŞA Sığorta” ASC namizədləri “Sığorta əməliyyatlarına dəstək xidməti üzrə kiçik mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
- Daxili müştərilərə keyfiyyətli xidmət göstərilməsi;
- Müştəri tələbatına və sorğulara uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələrin və razılaşmaların yazılması və bununla əlaqəli digər sənədlərin (hesab-faktura, və s.) hazırlanması;
- Buraxılmış sığorta şəhadətnamələrinin, əlavələrin, razılaşma və təklif formaların PAŞA Sığorta nüsxələrin geri qaytarılmasını təmin etmək;
- Buraxılan sığorta şəhadətnamələrin, əlavələrin və razılaşmaların protech sisteminə skan edilməsi və ya qovluqlarda müvafiq sənədlərlə birgə yerləşdirilməsinə təmin edilməsi;
- Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.
BİLİKLƏR:
- Ali təhsil, biznes sahəsində təhsilə üstünlük verilir.
- Dil bilikləri: Azərbaycan dilinin sərbəst bilikləri, işgüzar ingilis dili və rus dili biliyinə üstünlük verilir.
TƏCRÜBƏ:
- Sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir.
BACARIQLAR:
- Ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətlilik;
- Dəqiqlik;
- Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
- Komanda ilə işləmək bacarığı.
Son müraciət tarixi: 30 iyun 2021.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...