Qısa məzmun
“BakıSığorta” ASC Sığorta iddiaları şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. İstənilən ixtisas üzrə ali təhsilin olmalıdır.
Vəzifənin öhdəlikləri:
- Sığorta hadisəsi ilə bağlı daxil olan işlərin sənədləşdirilməsi, şirkət daxili bazada icbari və könüllü növlər üzrə hadisələrin qeydiyyata alınması, sığorta hadisəsi kimi qiymətləndirilməsi;
- Sığorta araşdırması ilə bağlı müvafiq orqanlara sorğu məktublarının hazırlanması;
- Göndərilmiş sorğu məktublarına operativ cavab verilməsi üçün mütəmadi nəzarətdə saxlanılması, müvafiq orqanlarla telefon əlaqəsinin yaradılması;
- Sığorta araşdırması ilə bağlı daxil olmuş məlumatların analiz edilərək sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı qərarın qəbul edilməsi;
- Sığorta hadisəsi ilə bağlı müraciət etmiş şəxslərlə görüşlərin keçirilməsi və onların sığorta hadisəsi ilə bağlı yaranan suallarını cavablandırılması;
- Sığorta ödənişi veriləcəyi təqdirdə qanunla müəyyən edilmiş qaydada və müddətdə ödənilməsinin təmin edilməsi məqsədilə sığorta aktlarının, əlavələrinin tərtib edilməsi, yoxlanması və təsdiq edilməsi üçün birbaşa rəhbərinə təqdim edilməsi;
- Müştərilərdən sənədləri qəbul etmək;
- Qəbul olunmuş sənədləri texniki, hüquqi və maliyyə ekspertiza etmək;
- Sığorta ödənişinin verilməsindən imtina haqqında qərar qəbul edildiyi halda isə qanunla müəyyən olunmuş qaydada və müddətdə imtinanın səbəbləri barədə əsaslandırılmış yazılı bildirişlərin hazırlanması və göndərilməsi;
- Sığorta ödənişi edilmiş və ya imtina məktubu yazılmış işlərin arxivləşdirilməsi;
- Baş vermiş hadisələr və sığorta ödənişləri barədə zəruri olan şöbələrə məlumatların mail vasitəsilə yazılması və ya məlumatların alınması;
- Sığorta hadisəsi ilə bağlı şöbəyə daxil olan zənglərin cavablandırılması, lazımi məlumatların verilməsi;
- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Hüquq və ya Sığorta hadisələrinin tənzimlənməsi sahəsi üzrə 1 illik iş təcrübəsi;
- “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Yol hərəkəti qaydaları haqqında” qanunlarını və bilmək;
- İstənilən ixtisas üzrə ali təhsilin olması;
- Azərbaycan (əla), Rus və İnglis dili arzuolunandır;
- Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;
- Məlumatı toplamaq və təhlil etmək bacarığı; Analitik düşüncə, danışıqlar aparmaq bacarığı; ünsiyyət, inandırma, dinləmə, məlumatın düzgün ötürülməsi bacarığı; yazı qabiliyyəti; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı; məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İş şərtləri:
- Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
- Bakı Sığorta” ASC öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və ştat cədvəlinə uyğun gələn əmək haqqı təklif edir.
- Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı 20 aprel 2021-ci il tarixinədək hr@bakisigorta.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi vəzifəsi üzrə vakansi ...
Expressbank ASC Girovları qiymətləndirilməsi və nəzarəti bölməsi/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...