Qısa məzmun
Ateshgah Insurance Company Sığorta üzrə Satış Məsləhətçiləri layihəsi vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər
- Yaş: 21 – 45
- Cinsi: Bəy və Xanım
- Təhsil: Natamam Ali və Ali
- İş təcrübəsi: Sığorta sahəsi üzrə təcrübə tələb olunmur
- Dil bilikləri: Azərbaycan dili (əla), əlavə olaraq Rus dili və İngilis dili (arzu olunandır)
- Ünsiyyət və komanda ilə işləmək bacarığı
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək, şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
- Müştərilərin tələblərini nəzərə alaraq uyğun sığorta məhsullarını təklif etmək;
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
- Müştərinin ilk müraciət anından onunla işləmək: qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək.
İş şərtləri
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- İş vaxtı: I-IV günlər 09:30 – 17:30, V gün 09:30 – 17:00
- İş yeri: Bakı, Sumqayıt, Xaçmaz-Quba, Şəki, İsmayıllı, Zaqatala, Mingəçevir, Zəngilan, Bərdə, Gəncə, Tovuz, Masallı-Lənkəran, İmişli
Biz sizə nə təklif edirik?
- Karyera və inkişaf üçün əla fürsətlər
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
- İşlə təmin olunma imkanı
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
- Satışlara əsasən artan gəlir
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sığorta Məsləhətçisi” və qarşısında müvafiq regionu yazaraq job@ateshgah.com ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış Məsləhətçisi (Mebel-tekstil) ...
"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən DeFacto brendinə aid geyim mağazası Əhmədli filialı üzrə "Satış məsləhətçisi" vakansiyasını el ...
Sağlam Ailə” tibb mərkəzi Tibbi koordinator (çağrı mərkəzi) vakansiyası elan edir. ...
Çinici şirkəti Mağaza müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mister Wood Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Bakı Oksigen Kompani ASC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group Mağaza menecerinin müavini (Toys shop) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group-The Entertainer oyuncaq mağazalar şəbəkəsi Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...