Qısa məzmun
Sistem administratoru Millikart LLC vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Serverlərin və iş stansiyalarının idarə edilməsi
- Serverlərin və fərdi kompüterlərin, periferik qurğuların aparat və proqram təminatı komponentləri haqqında biliklər;
- Avadanlıqlara texniki xidmət göstərilməsi, zəruri ehtiyat hissələrinin alınması, texniki detalların dəyişdirilməsi, zəruri hallarda təmir edilməsi;
- Windows ƏS (iş stansiyası və serverlər), VCenter, ESXi, VeeamBackup, Active Directory, DNS, DHCP, IIS, Group Policy, Wi-Fi, VPN, mail server, ofis proqramları, PRTG və s. quraşdırılması və konfiqurasiyası, texniki xidməti və idarə edilməsi. və s.);
- İstifadəçilərin dəstəklənməsi və konsultasiya, təlimatların hazırlanması;
- İşçilərin iş yerlərinin təşkili;
- Təhlükəsizlik problemlərinin həllində təcrübə;
- Sistem həllərini izləmək və həyata keçirmək üçün prosesləri qurmaq və avtomatlaşdırmaq bacarığı;
- Məlumatların itirilməsi və ya zədələnməsi halında ehtiyat nüsxələrinin yaradılması və bərpası;
- Xidmət olunan avadanlıqların, inventarların işinə dair hesabatın tərtib edilməsi;
- Python, PowerShell-də skript yazmaq bacarığı.
- Kompüter və telefon şəbəkəsinin təşkili;
- Linux sistemi üzrə biliklər
- Windows, Linux sistemlərinin lisenziyalaşdırılması üzrə biliklər.
- İxtisaslaşdırılmış proqram təminatı üzrə biliklər (sənəd idarəetmə sistemi, 1C Accounting, Jira);
- Monitorinq sistemləri haqqında biliklər
Namizədə olan tələblər:
- Təşkilatçılıq, detallara diqqət, punktuallıq;
- Öyrənməyə həvəsli;
- Problem həll etmə yönündə yaradıcı və analitik təfəkkür
- Azərbaycan dili (əla səviyyədə), İngilis dili (texniki səviyyədə); Rus dili (arzuolunandır)
- İş təcrübəsi 3-5 il;
Əlavə məlumat:
- İş qrafiki: I-V günlər, saat 09:00-dan 18:00-dək
- İstirahət günləri – şənbə və bazar
- Əmək haqqı namizədin bilik və bacarığından asılı olaraq 2500-3500 azn-dən təyin olunacaqdır.
Müraciət üçün “Sistem administratoru” başlığı ilə e-mailə CV göndərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az