Qısa məzmun
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Devops üzrə sistem inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (texniki sahədə təhsil arzu olunandır);
- DevOps sistemlərin inzibatçılığı üzrə minimum 3 il iş təcrübəsi;
- GİT-lə işləmə təcrübəsi (yaranan konfliktləri həll etmək);
- OS Linux Redhat / CentOS / Debian / RHCE / RHСSA üzrə biliklərin olması;
- VmWare virtualizasiya ilə praktiki təcrübə;
- CI/CD platforma üzrə biliklər və iş təcrübəsi;
- Kubernetes, Docker, Ansible, Jenkins üzrə biliklər və praktiki təcrübə;
- Bash script yazılması ilə iş təcrübəsi;
- Elasticsearch / Zabbix kimi monitoring tool-lar ilə iş təcrübəsi;
- C# , .NET, Java ,Python dillərdə yazılmış scriptlərin analiz edilməsi;
- Komanda yoldaşlarını inkişaf etdirməyə həvəsli olması.
Görəcəyiniz işlər:
- Agentlikdə istifadə olunan mövcud platformalara monitorinq və nəzarət edilməsi;
- Yaranan problemlərin proqramçılar və infrastruktur əməkdaşları ilə birlikdə aradan qaldırılması;
- Proqram təminatının kodunun yerləşdirilməsi zamanı yaranan problemlərin müəyyənləşdirilməsi və həll edilməsi;
- Yeni DevOps texnologiyalar üzrə biliklərin artırılması və tətbiq edilməsi.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 20.08.2022-ci il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Oxşar vakansiya siyahısı:
Yelo Bank ASC Senior Data Analyst vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Yelo Bank ASC Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m5kqg7gjro Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...
Aztelekom MMC ERP və biznes prosesləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Prosesslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentində Scrum Master vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Sistem analitiki ( İT biznes analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...