Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Dərya LTD MMC Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Yüksək ünsiyyət bacarığı olmalıdır.
İşin təsviri :
- İnşa olunan obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsini təmin edir;
- Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib hazırlayır;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlayır, layihələndirmə üçün tapşırıqlar tərtib edir və onları lahiyə təşkilatlarına göndərir;
- Lahiyə təşkilatlarından lahiyə sənədlərini qəbul edir və onlarla birlikdə, podrat tikinti təşkilatlarının iştirakı ilə bu sənədləri müzakirə edir, lahiyə təşkilatlarının tərtib etdiyi smeta sənədlərinin düzgünlüyünü, qüvvədə olan normativ sənədlərə uyğunluğunu yoxlayır;
- Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin edir, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət edir və təsdiq olunması üçün hazırlayır;
- Təsdiq edildikdən sonra, layihə-smeta sənədlərini tikinti təşkilatlarının müvafiq şöbələrinə göndərir;
- Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədləri təqdim edir. Layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında hər ay hesabat tərtib edir.
- Layihə-smeta sənədləri üzrə lazımı arayışlar hazırlayır. Onların arxivdə saxlanmasını təmin edir. Müəyən edilmiş forma üzrə hesabatları tərtib edir.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- Bazar günü istirahət.
- Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
- Təhsil: Ali təhsil (İnşaat mühəndisi)
- İş təcrübəsi: 2-3 il
- Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını bilməlidir.
- Smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını bilməlidir.
- İqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.
- Kompüter bilikləri: Word, MS Office, Autocad yaxşı səviyyədə bilmək.
Şəxsi keyfiyyətləri:
- İşə planlı yanaşmaq bacarığı;
- Yüksək ünsiyyət bacarığı;
- Nitq mədəniyyəti;
- Təmkinlilik, etibarlılıq, özünə inam;tiki
Oxşar vakansiya siyahısı:
Baş mexanik
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki şöbənin Rəhbəri
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Memarlıq üzrə təcrübəçi
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
1500₼
Laçın ərazisi üzrə koordinatorAznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...