Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Amal Group Smeta mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət və təşkilati bacarığı olmalıdır.
Vakansiya haqqında:
İş yeri: Bakı, Azərbaycan
İş saatı : Həftədə 5 gün 8 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.
Vəzifə öhdəlikləri:
- Layihə üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasını tərtib edilməsi;
- Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
- Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak edilməsi, obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi;
- Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
- Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
- Layihə-smeta sənədlərini lahiyə təşkilatları ilə razılaşdırmaya hazırlanması;
- Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması, layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi.
Təhsil və iş təcrübəsi:
- Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
- Minimum 5 il inşaat sahəsi üzrə ümumi təcrübə. Minimum 2 ili Smeta mühəndisi kimi iş təcrübəsi.
Bacarıq və səriştələr:
- Ünsiyyət və təşkilati bacarıq;
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
- Rus və azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət);
- Ms. Office programları, Excell əla səviyyədə.
Bilməlidir:
- Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
- Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki normativ sənədləri;
- Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi hr@amalgroup.az e-mail adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Smeta mühəndisi” qeyd etməyi unutmayın.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...