Qısa məzmun
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
- Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
- İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;
- Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib hazırlanması;
- Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində spesifikasiyası üzrə adlandırılmasını, anbar və mühasibat uçotunda eyniadlı material lüğətindən istifadəni təşkil etmək;
- Tikintidə istifadə olunan materialların təyinatı üzrə klasifikasiya və nomenklatura qruplaşmalarını yaratmaq;
- Tikintidə istifadə olunacaq materialların smeta və norma qaydalarına uyğun istifadəsi və silinməsi proseslərinə 1C 8.3 proqramı vasitəsilə nəzarətin edilməsi;
- Hazırlanmış smetaya uyğun olaraq tikinti sahəsində birbaşa texniki nəzarətin həyata keçirilməsi;
- Müxtəlif tikinti-quraşdırma və təmir işlərinin səmərəli və optimal qiymətə yerinə yetirilməsi üçün təkliflərin verilməsi;
- Ümumi tikinti, təmir, MEP (elektrik quraşdırma, sanitar texniki, su təhcizatı, kanalizasiya) işləri üçün verilmiş layihələr əsasında material, iş həcmlərinin analizi və detallı smetaların tərtib edilməsi.
Tələblər:
- İnşaat Mühəndisi sahəsində ali təhsil;
- Müvafiq sahədə 2 il iş təcrübəsi;
- AutoCad proqramında işləmə bacarığı (Lira, SAP, Tekla arzu olunandır);
- Azərbaycan dili mükəmməl, İngilis dili arzu olunandır;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Bazar günü (Şənbə qısaldılmış iş günü);
- İş yeri: Layihədən asılı olaraq dəyişir;
- Korporativ nömrə verilir.
Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına CV-ni göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Mətanət A Şirkətlər Qrupu Tikinti İşləri üzrə Usta vəzifəsi üzrə vakansiya elan edir ...
Mətanət A Şirkətlər Qrupu İnşaat Materialları üzrə tanıtım-tətbiq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Mətanət A Şirkətlər Qrupu Memarlıq və Dizayn Klubu üzrə Layihə Meneceri vəzifəsi üzrə vakansiya elan edir ...
Mətanət A Şirkətlər Qrupu Layihə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir ...
Mətanət A Şirkətlər Qrupu İnşaat Mühəndisi vəzifəsi elan edir ...
Mətanət A Şirkətlər Qrupu Layihələr üzrə assistent vəzifəsi elan edir ...
Mətanət A Şirkətlər Qrupu Energetik vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Layihə mühəndisi (konstruktor) vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
PRO CON izo Layihələrin izlənilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC Növbə mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...