Qısa məzmun
Ricon MMC Smetaçı-mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Tikinti texnologiyasını bilməlidir.
İş barədə məlumat:
- İşçi layihə sənədlərinə uyğun ümumi tikinti, mexaniki və elektrik təchizatı işlərinin layihə smeta sənədlərinin tərtibatı;
- Əsaslı Tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq.
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi;
- Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərinin yoxlanılması və nəticələrlə bağlı arayışın tərtib edilməsi;
- Layihələr üzrə smeta sənədlərinin uçotunun aparılması və smeta maliyyə hesablamalarının sistemləşdirilməsi;
- Yerli və beynəlxalq tender layihə sənədlərinin qiymətləndirilməsi;
- Smeta qiymətləri üzrə arayışların tərtib edilməsi
- Smeta sahəsinə tam hakim olmalıdır və yaranacaq problemlərin həlli üçün öz təkliflərini irəli sürməlidir
- Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir
Bilməlidir:
- Tikinti materiallarının növləri və xüsusiyyətlərini
- Tikinti texnologiyasını
- Tikinti norma və qaydalarını, material sərfi normalarını
- Smeta sənədlərinin hazırlanması üçün ümumi tikinti işlərin həcmlərinin təhlili və hesablanmasını
- Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri
- Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktları bilməlidir
- Tikinti və ağır texnikaların üst qurğuları və metal konstruksiyalar üzrə materiallarının növləri və xüsusiyyətlərini bilməli
- Tikinti və ağır texnikaların üst qurğuları və metal konstruksiyaların texnologiyasına, istehsalının norma və qaydalarına, material sərfi normalarına dair biliklər
Namizədə tələblər:
- Ali təhsil (müvafiq sahədə)
- Müvafiq sahədə iş təcrübəsi tikinti şirkətlərində 3 ildən az olmamaq şərtilə
- Kompüter bilikləri: Microsoft Office, AutoCad
- etender.gov.az saytından istifadə bacarığı
- Yaşı : 30-50
Maraqlanan namizədlər mövzu yerində “Smetaçı-Mühəndis” yazmaqla öz CV-lərini hr@ricon.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...