Qısa məzmun
Domino’s Pizza Azerbaijan SMM mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət barədə
Domino’s dünyanın ən nəhəng pizza restoranlar şəbəkəsindən biridir. Amerikan brendidir və əsası 1960-ci il iyunun 11-də ABŞ-ın Miçigan ştatında qoyulub. Domino’s çatdırılmada dünya lideridir və dünya üzrə hər gün 1 milyondan artıq pizza çatdırır. Domino’s Azərbaycanda 2014-cu ilin dekabr ayından fəaliyyət göstərir. Ərazinizdən asılı olaraq sifarişləriniz çantalarda saxlanılaraq, 30 dəqiqə ərzində isti-isti çatdırılır.
İş haqqında:
- Şirkətin Sosial media strategiyasını inkişaf etdirmək
- Kreativ və maraqlı kontentin hazırlanması
- Sosial mediada baş verən ən son dəyişikliklər haqqında daim xəbərdar olmaq
- Rəqiblərin aktivliyinin izlənilməsi
- Sosial media KPI-lərini təyin etmək
- SMM təhlillərinin aparılması
- Səhifə üzrə hədəf kütləni təyin edərək reklam aksiyalarını həyata keçirmək;
- Statistikanın izlənməsi,
- Analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırılması.
Tələblər:
- Ali təhsil (Bakalavr)
- Sosial media marketinq (SMM) üzrə azı 4-5 il təcrübə;
- Azərbaycan və rus dillərini səlis bilməli, ingilis dili biliyi üstünlükdür;
- Yüksək şifahi və yazılı kommunikasiya qabiliyyəti;
- Təşəbbüskarlıq və kreativlik keyfiyyətləri;
- Komandada işləmək, təqdimat aparmaq, stressə davamlılıq və təhlil etmək bacarığı
Əsas vəzifələr:
- Şirkətin social şəbəkə hesablarının idarəedilməsi (Facebook, Instagram)
- Sosial media üçün həftəlik post planının hazırlanması
- Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi
- Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırılması
- Mövzuya uyğun olaraq kontentin (mətn, foto, video) hazırlanması və ya seçilməsi
- Facebook Ads və ofis (Excell) programlarında işləmək bacarığı
- Sosial media postları üçün kontentlərin yazılması
- Sponsorlu (targeting) reklamların verilməsi
- Sosial media hesablarının peşəkar şəkildə idarə olunması
- Səhifə istifadəçiləri arasında aksiyaların hazırlanması
- Səhifənin günlük və aylıq hesabatlarının hazırlanması
- Sosial media hesablarının idarə olunması
- Post planlamanın hazırlanması və paylaşımların plana uyğun edilməsi
- Qrafik dizaynerə düzgün və dəqiq brief verilməsi
- Sosial media postları üçün kontentlərin yazılması
İş şərtləri:
- Həftə içi 10:00-18:00, şənbə günü 10:00-14:00 iş günü, bazar günü istirahət;
- Əmək haqqı yüksəkdir və namizədin peşəkar təcrübə, bilik, bacarıqları əsasında təyin edilir
- Korporativ nömrə və nahar şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “SMM” qeyd edərək info@dominospizza.az ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Vakansiyaya uyğun olmayan CV –lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...