Qısa məzmun
Araz Supermarket SMM üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Araz Supermarketlər Şəbəkəsi “SMM mütəxəssisi” vakansiyası üzrə işə qəbul elan edir!
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə agentlik iş təcrübəsi 1 il və daha artıq;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilməsi əlavə üstünlükdür;
- Kreativ düşüncəli, yaradıcı;
- Müxtəlif video kontentlər üçün ssenari, mətnlərin verilməsi;
- Sosial media kanallarında məzmun yaratmaq bacarığı;
- Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün mətnlər hazırlamaq;
- Sosial Media üçün yaradıcı kampaniya təkliflərini təqdim etmək;-
- Kampaniyalar üçün sloqanlar düşünmək;
- Saytda xəbərlər yazmaq və applicationda bloqlar yazmaq;
- Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə işləyə bilmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Günlük sosial şəbəkələri izləmək, gündəlik məlumatlar hazırlamaq və yeniləmək; media və sosial şəbəkələrdə şirkəti aktiv təmsil etmək;
- Daxil olan sorğuları müvafiq struktur bölmələrinə yönləndirmək, cavablandırılmasını və sorğular üzrə məlumatların verilməsini təmin etmək;
- Günlük sosial şəbəkələrdə paylaşım ediləcək mətnləri hazırlamaq və redaktə etmək;
- Sosial şəbəkələrdə aksiyaların keçirilməsi və nəticəsi haqqında hesabat hazırlamaq;-
- Şirkətin korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi, kontentin hazırlanması və ümumi nəzarətin təşkili proseslərini həyata keçirmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “SMM mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...