Qısa məzmun
Kidsport MMC SMM vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- SMM üzrə minimum 3 il iş təcrübəsinə malik olmaq;
- Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
- Planlaşdırma və hesabat qabiliyyəti;
- Windows, iOS əməliyyat sistemlərində, dizayn proqramı və əlavələrində işləmək bacarığı;
- Facebook, Instagram və s. üzrə istifadəçi təcrübəsi, digital reklam idarəetmə bacarığı və qrafik dizayn bacarığı (Adobe Photoshop, Adobe Illustrator);
- Azərbaycan və Rus dilllərini yüksək səviyyədə bilmək (RUS DİLİ MÜTLƏQDİR);
- Natamam ali təhsil (bakalavr)
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
- Yaş:30+
Vəzifə Öhdəlikləri:
- Sosial şəbəkələrdəki səhifələrin kontent planlarının hazırlanması;
- Sosial media hesabları və platformaları ilə işləmək
- Gündəlik, həftəlik və aylıq kreativ, orijinal və yüksək keyfiyyətl kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
- Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontenti (mətn, foto və video) hazırlamaq və ya seçmək;
- Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq;
- Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
- Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;
- Bütün SMM kanallarına nəzarət etmək;
- Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq;
Qeyd : SMM üzrə təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla «SMM» info@kidsport.az elektron ünvanına göndərmələri xahiş olunur.
İş şəraiti:
- – İş saatı 10:00-19:00-dək
- – Həftədə 6 günlük iş qrafiki
- – Nahar vaxtı 1 saat
- – Müqavilə: Əmək müqaviləsi
- – Ünvan: Çermet körpüsünün yanı, köhnə Avroranın indiki Avromakın binası, Dərnəgül metrosundan piyada 3-5 dəqiqəlik məsafədə.
- – Ə/h 700 AZN (müsahibə zamanı razılaşma yolu ilə həmçinin)
- Əlaqədar şəxs: Vüqar bəy (051 332 13 13)
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...