Qısa məzmun
Başak Group SMM mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Sosial media kanallarında paylaşılacaq reklam məzmunu yaradılması, postlara nəzarət, postlarda dəyişiklik və yeniliklər üzrə təkliflərin verilməsi;
- Həftəlik facebook, instagram, Linkedin, tiktokda adətən də Youtubeda paylasımlar etmək (SMM idarə olunması);
- Yerləşdirilən reklamların effektivliyinə nəzarət edilməsi və hədəf kütləsinə uyğun olaraq tənzimlənməsi;
- Sosial şəbəkəyə gündəlik gələn şərhlərə, mesajlara və sorğulara cavab vermək;
- Paylaşılan məzmunun qrammatik cəhətdən düzgünlüyünün, məntiqi və asan anlaşılan olmasının təmin edilməsi;
- Mövzuya uyğun olaraq yüksək keyfiyyətli cəlbedici kontentin (mətn, foto və video) hazırlanması və ya seçilməsini təşkil etmək;
- Hazırlanmış kontenti web sayt və sosial mediada yerləşdirmək;
- Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
- Sosial şəbəkələrdə aktiv reklam fəaliyyətini aparmaq;
- Hesablar ilə bağlı aylıq, illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə aid tələblər:
- Ali təhsil;
- Rus və ingilis dil biliyi üstünlükdür;
- Sosial media planlama və idarəetmə təcrübəsi,
- Yazılı, şifahi ünsiyyət və düşünmə bacarığı;
- Sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı
- Analiz etmək və yüksək araşdırma aparmaq qabiliyyəti;
- Facebook, LinkedIn, Instagram və YouTube üzrə istifadəçi təcrübəsi;
- Sosial media planlama və idarəetmə təcrübəsi;
- Müvafiq sahə üzrə 2 ilədək təcrübə;
- Komandada işləmə, düzgün planlama bacarığı;
- İşində məsuliyyətli və diqqətli olması;
- Yaş həddi 24-30;
- Sahə üzrə Sosial Media Portfoliosu olan CV-lərə baxılacaqdır.
İş şəraiti:
- Əmək haqqı müsahibə əsasında,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (Korporativ paket),
- Ünvan: Bakı şəh, Ziya Bünyadov 65c,
- İş günlərinin sayı 5 gün saat 09:00-18:00
Tələblərə uyğun şəxslər CV formalarını hr@bashakgroup.az elektron poçt ünvanına, mövzu hissəsinə “SMM mütəxəssisi” yazaraq göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...