SMM mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

GESCO SMM mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Sosial media hesabları və platformaları (Facebook, Instagram, Linkedin) ilə işləmək;
  • Sosial media üçün aylıq post planının hazırlanması;
  • Veb saytın idarə olunması;
  • Kontentin hazırlanması üçün mütəmadi olaraq yenilikləri izləyərək kontent plana tətbiq etmək;
  • Postlar üçün şəkillərin və videoların çəkilməsi, montaj edilməsi və paylaşılması.

 

Namizədə dair tələblər:

  • Ali təhsil (Marketinq, Biznesin təşkili üzrə təhsil arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Adobe (Photoshop, Illustrator, InDesign, CorelDRAW və s.) və digər dizayn alətlərini yüksək səviyyədə bilmək;
  • Rəqəmsal platformalarda sərbəst işləmə bacarığı;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti;
  • Təşəbbüskarlıq, punktuallıq və kreativlik;
  • Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili bilikləri arzuolunandır;

 

İş şəraiti:

  • İş rejimi: I-V günlər 09:00 – 18:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq dəyişəcək.

 

 

Vakansiyaya müraciət edən namizədlər CV formalarını basti.ismayilova@gesco.az mail ünvanına yönləndirə bilərlər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...