SMM menecer
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Xalq Sigorta SMM menecer vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə dair tələblər:

  • Ali təhsil ( Satış və Marketinq ixtisası arzu olunandır);
  • Azərbaycan dilini mükəmməl, rus və ingilis dilini bilənə üstünlük veriləcək;
  • Sosial media sahəsində minimum 3 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və kreativlik bacarığı;
  • Planlama və təşkilatçılıq bacarığı;
  • Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik;
  • Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı;
  • Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti;
  • Facebook Business manageri ətraflı bilməli;
  • Google Ads, Google Analytics-də işləməyi bacarmalı;
  • SEO və SEM üzrə biliklər;
  • Windows, iOS əməliyyat sistemlərində, dizayn proqramı və əlavələrində işləmək bacarığı;
  • Facebook, Linkedln, Instagram və YouTube üzrə istifadəçi təcrübəsi, digital reklam idarəetmə bacarığı və qrafik dizayn bacarığı (Adobe Photoshop, Adobe Illustrator);

Vəzifə öhdəlikləri:

  • Sosial media hesabları və platformaları (Facebook, Instagram və s.) ilə işləmək;
  • Həftəlik və aylıq kontentin hazırlanması (foto, video, mətn) və sosial mediada paylaşılmasını təmin etmək;•
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və sorğuları cavablandırmaq;
  • Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
  • Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərə təqdim edilməsi;
  • Bazarın və rəqiblərin fəaliyyətinin monitorinqi və təhlili;
  • Şirkətin müxtəlif digital kanallar vasitəsilə reklam kampaniyalarını idarə etmək və optimallaşdırmaq;
  • Reklam nəticələrinin analiz olunması və aylıq hesabatların verilməsi;
  • Axtarış platformalarının optimizasiyası ilə məşğul olmaq.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini və portfoliolarını (mütləqdir) mövzu sətrində vakansiyanın adını “SMM menecer” qeyd edərək, hr@xalqsigorta.az elektron ünvanına göndərilməsi xahiş olunur

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı

Marketing manager

İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...

İceland

21.01.2025 - Bakı