Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Halal-P SMM Menecer vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Sosial Media hesabları (Facebook, İnstagram, Linkedin, Youtube və s.) ilə işləmək
- Sosial Medialar üçün kreativ, orijinal və yüksək keyfiyyətli kontent hazırlamaq
- Gündəlik sosial şəbəkəyə gələn şərh (rəy, mesaj) və sorğuları cavablandırmaq
- Təsdiq edilmiş plan əsasında targetə uyğun reklamları yerləşdirmək və izləmək
- Sosial mediada bazarın təhlilini aparmaq (vendor, məhsul və rəqiblər üzrə)
- Hesabat hazırlamaq
- Tədbirlərin təşkil olunmasında marketing menecerə dəstək olmaq
- Qrafik dizayner ilə bərabər işləmək
Tələblər:
- Marketinq sahəsində təhsil (ali, kurslar və s.)
- SMM üzrə ən azı 1 il iş təcrübəsi
Bacarıqların:
- Azərbaycan dili qrammatikası biliyi, eyni zamanda düzgün tətbiq edilməsi bacarığı;
- İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir
- Facebook, Linkedin, Instagram üzrə istifadəçi təcrübəsi, rəqəmsal reklamları idarəetmə bacarığı
- Facebook Business manager bilikləri
- Reklam nəticələrini analiz edə bilmək bacarığı
- Microsoft Office və İnternet resursları ilə işləmə bacarığı
- Komandada işləmək qabiliyyəti
- Yaradıcı və analitik düşüncə tərzi
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik
Dəyərlərimiz:
- İnkişaf və davamlı öyrənmək istəyi
- Qayğı göstərmək və kömək etmək istəyi
- Dürüstlük və ədalətli mübadilə
Seçim bir neçə mərhələdə aparılır:
- CV – bənzər bir təcrübənin varlığına baxırıq
- Doldurulmuş anket forması – cavab sürətinə və anketin məzmununa baxırıq
- Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
- Rəhbərlə müsahibə
Şərtlər:
- Iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;
Əmək haqqı: 500 AZN
Bu linkə daxil olun və anket formasını doldurun. Onu da CV ilə birlikdə göndərməyi unutmayın.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...