Qısa məzmun
BERC Group SMM menecer vəzifəsi üzrə vakansiya elan edir. Sosial şəbəkə alətlərindən istifadə etmə bacarığı olmalıdır.
İş barədə məlumat:
- Şirkətlərin sosial media hesablarının idarə edilməsi;
- Gündəlik postların, həftəlik/aylıq SMM hesabatlarının hazırlanması, markanın rəsmi səhifə istifadəçilərinin şəbəkədən istifadə etmə vaxtlarının və buna uyğun olaraq xüsusi mövzularda postların gündəlik yerləşdirmə zamanlarının müəyyən edilməsi;
- Səhifənin strategiyasının hazırlanmasında iştirak və təkliflərin verilməsi;
- Sosial şəbəkə üzrə xüsusi kontent (post) mövzularının həftəlik qrafikinin qurulması və markaya uyğun rubrikaların yaradılması;
- Sosial şəbəkələrdə markanın rəsmi səhifəsinin, istifadəçi sayını reklam hesabına uyğun olaraq artırılması;
- Dizaynerə briflərin tam və dolğun şəkildə ötürülməsi;
- Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və sorğuların cavablandırılması;
- İnternet saytların trafik axınını izləmək, təhlil etmək və müntəzəm daxili təhlil və hesabatlar hazırlamaq;
Vəzifəyə dair tələblər və bacarıqlar:
- Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
- Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
- Sosial şəbəkə alətlərindən istifadə etmə bacarığı;
- İşində məsuliyyətli, punktual, kreativ, həvəsli və operativ olmaq;
- Azərbaycan dilini orfoqrafik və qrammatik səviyyədə yaxşı bilmək; (Türk-ingilis dili üstünülükdür)
- MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
- Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;
BERC Group MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
- Rəqabət qabiliyyətli əmək haqqı;
- Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV -lərini 15.11.2022-ci il tarixinədək elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “SMM menecer” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45 və +994 50 555 14 85
Oxşar vakansiya siyahısı:
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...