Qısa məzmun
Ə/h 600-800 AZN. IKTex MMC şirkəti SMM Meneceri vəzifəsi üzrə vakansiya elan edir. Namizədlərin bakalavr dərəcəsi mütləqdir.
İş barədə məlumat:
- Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontentin (mətn, foto və video) hazırlanması və ya seçilməsi
- Hazırlanmış kontentin web sayt, sosial mediya və blog-a yerləşdirilməsi
- Hazırlanmış kontentin sosial mediyada təşviq (promote) edilməsi və bu sahədə kreativ fikirlərə malik olmaq
- Kontentin yerləşdirildiyi yerlərdə (web sayt, sosial mediya və blog) istifadəçilərlə qarşılıqlı əlaqənin (user interaction) inkişaf etdirilməsi üçün 100% cavablandırmanın təmin edilməsi
- Siz kontentin inkişaf etdirilməsində daima yeni ideyaları təklif etməli və kifayət qədər sərbəst işləməyi bacarmalısınız
- Bəzi hallarda şirkətin çap məhsullarının qrafik dizaynı
Biz təklif edirik:
- Rəsmi əmək müqaviləsi, əmək kitabçası, sosial sığorta
- Maaş: 600-800 AZN
- Karyera yüksəlişi perspektivi
- İş qrafiki: Həftə içi: 10:00-19:00, Şənbə günü: 10:00-15:00, Bazar günü: istirahət günü
Namizədə tələblər:
- Social Media Marketing (SMM) üzrə bilik və təcrübə
- Qrafik dizayn qabiliyyəti (Photoshop, Illustrator və CorelDRAW)
- Əla səviyyədə Azərbaycan və rus dili bilikləri
- Copywriting qabiliyyəti (Azərbaycan və rus dillərində)
- Sosial şəbəkələrdə maksimal “interaction” əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti
- Bakalavr dərəcəsi mütləqdir
- Eyni vaxtda bir neçə layihəni məhdud vaxt çərçivəsində operativ yerinə yetirmək qabiliyyəti
- Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
- Komandada işləmək qabiliyyəti
- Əlavə olaraq müsbət qarşılanacaq qabiliyyətlər:
- İngilis dili biliyi
- SEO bilikləri
- WordPress ilə işləmək qabiliyyəti
- Minimal IT bilikləri
Maraqlanan şəxslərdən CV-lərini smm@iktex.az -aünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...