Qısa məzmun
Social Lab Agency SMM mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Agentliyə daxil olan şirkətlərin sosial şəbəkədəki səhifələrinin kontent planlarının hazırlanmasına və paylaşımlara nəzarət etmək
- Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə nəzarət etmək
- Müştəri brifini kreativ komandaya anlaşıqlı şəkildə tam izah etmək
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və sərbəst işləməyi bacarmaq
- Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək
- Müştəri ilə şirkət arasında əlaqələri və iş axışını koordinasiya etmək
- Aylıq hesabatları hazırlamaq
İş Şərtləri:
- 5 günlük iş qrafiki / 10:00-dan 18:00-dək
- Aylıq sabit əmək haqqı müsahibə əsnasında müəyyən ediləcək.
Namizədə tələblər:
- Azərbaycan dilini yaxşı səviyyədə bilməli (Rus dilini bilən namizədlərə üstünlük veriləcək)
- SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn və s.) platformalarında sərbəst iş bacarığı
- Facebook Business manageri bilməli
- Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı
- Müstəqil işləmək bacarığı
- İdarəçilik və təşkilatçılıq qabiliyyəti
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı
Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV və portfolio məlumatlarını “Sosial Media Marketinq mütəxəssisi” başlığı ilə göndərə bilərlər.
Qeyd: SMM Agentlik təcrübəsi olanlara və RUS dilini yaxşı bilənlərə üstünlük verilir.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...