Qısa məzmun
Micro Tech SMM mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan, Rus və İngilis dili biliyi mütləqdir.
Vəzifə öhdəlikləri:
- Şirkətə aid müvafiq Sosial Media hesablarının idarə olunması (Facebook, Instagram, linkedin, Google ads)
- Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək.
- Səhifəyə gələn sorğuların cavablandırılmasını təmin etmək və ya müvafiq şöbələrə yönləndirmək.
- Sosial şəbəkələrdə gündəlik gələn şərhləri cavablandırmaq.
- Bazarda trendlərin və rəqiblərin araşdırılması, analizlərin aparılması.
- Fotoqraf və videoqrafa çəkiliş barədə olan ideaların çatdırılması.
- Hesabatları hazırlamaq.
Namizədə aid tələblər:
- Yalnız xanımlar müraciət etsin
- Azərbaycan, Rus və İngilis dili biliyi mütləqdir.
- Office proqramları, Photoshop, AutoCad da işləmə bacarığı mütləqdir.
- Sosial Media Marketinq və ya Digital Marketinq sahəsində minimum 1 il iş təcrübəsi.
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
- İT sahəsində anlayışın olması.
İş şərtləri:
- Rəsmi əmək müqaviləsi əsasında
- İş vaxtı 09:00-dan 18:00-dək, həftədə 5 gün.
Məvacib: 500 AZN
Müraciət etmək istəyən şəxslər CV və Portfoliolarını e-mail ünvanına göndərməlidirlər.
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...