Qısa məzmun
Avropa Azərbaycan Məktəbi SMM (Sosial Media Marketinq) üzrə köməkçi üzrə vakansiya elan edir.
Tabeçiliyi: Reklam və marketinq üzrə mütəxəssis/Direktor
İşin təsviri:
Məktəbin ibtidai və orta təhsil üzrə tədbirlərinin, PR aksiyalarının təşkil olunmasında köməklik göstərilməsi, sosial media səhifələrinin mütəmadi yenilənməsinin təşkil edilməsi.
Vəzifə və öhdəliklər:
- Sosial media hesabları və platformaları (Facebook, Instagram, Twitter, LinkedIn, Google Plus, Youtube və s.) ilə işləmək;
- Gündəlik, həftəlik və aylıq kreativ, orijinal və yüksək keyfiyyətl kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
- Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontenti (mətn, foto və video) hazırlamaq və ya seçmək;
- Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq;
- Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
- Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;
- Məktəbin digər bölmələri və əməkdaşları ilə koordinasiyalı şəkildə işləmək;
- Bütün SMM kanallarına nəzarət etmək;
- İctimai tədbirlərin, PR aksiyaların təşkil olunmasında köməklik göstərmək;
- Açılış mərasimlərinin təşkil olunmasında dəstək olmaq;
- Hesabatları hazırlamaq.
Tələblər:
- Marketinq və ya müvafiq sahədə ali təhsil;
- Sosial media, Copywriter sahəsində biliklər və ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
- Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
- Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
- Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı;
- Sosial mediada maksimal “interaction” əldə etmək üçün foto və ya video seçmək bacarığı;
- Eyni vaxtda bir neçə layihəni məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı;
- Gündəmi izləmək, analiz etmək və yüksək araşdırma aparmaq qabiliyyəti;
- Windows, iOS əməliyyat sistemlərində, dizayn proqramı və əlavələrində işləmək bacarığı;
- Facebook, LinkedIn, Instagram və YouTube üzrə istifadəçi təcrübəsi, digital reklam idarəetmə bacarığı və qrafik dizayn bacarığı (Adobe Photoshop, Adobe Illustrator)
- Müsabiqədə iştirak etmək istəyənlər CV-lərini göndərə bilər.
- Sənədlərin təqdim edilməsinin son tarixi: 15 fevral 2022-ci il
- Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...