SMM Üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

CİB Business şirkəti SMM Üzrə Mütəxəssis vakansiyasını elan edir.

İş barədə məlumat:

  • Sosial Media Səhifələrində paylaşılacaq postların hazırlanması prosesini izləmək, hazırlanmış postların dəyərləndirməsi, postlarda dəyişiklik və yeniliklər üçün təkliflərin verilməsi
  • Facebook Instagram və LinkedIn-də post paylaşımları üçün doğru vaxtların müəyyənləşdirilməsi və paylaşımların həyata keçirilməsi
  • Facebook, Instagram və Google-da reklam paylaşımları üçün doğru vaxtların və hədəf kütləsinin müəyyən edilməsi və reklamların yerləşdirilməsi
  • Sosial media hesablarında aktivlik, reklam fəaliyyətinin təhlil edilməsi və hesabatların hazırlanması
  • Sosial media səhifələrinə (Facebook, Instagram və LinkedIn) gələn sorğuların cavablandırılması
  • İş qrafiki : Həftənin 5 günü 9:00 dan 18:00 dək
  • Şənbə və bazar günləri qeyri iş günüdür
  • AR Əmək məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı : Müsahibə əsasında razılaşdırılacaq

Namizədə tələblər:

  • Ən az 1 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir
  • Azərbaycan və Rus dilini mükəmməl səviyyədə bilmək
  • İngilis dilini yaxşı səviyyədə bilmək
  • Facebook, Linkedin, Instagram üzrə istifadəçi təcrübəsi, rəqəmsal reklamları idarəetmə bacarığı
  • Facebook Business Manager ilə işləmə bacarığı
  • Google Ads ilə işləmə bacarığı
  • Reklam nəticələrini analiz edə bilmək bacarığı
  • Komandada işləmək qabiliyyəti
  • Kreativ, məsuliyyətli, ünsiyyətcil, gülərüz, aktiv, səliqəli, analitik düşüncəyə sahib olmaq

Namizədlərdən CV-lərini “SMM üzrə Mütəxəssis” mövzusu ilə cv@cib.business e-mail adresinə göndərmək xahiş olunur.
Məktubda və ya cv-də SMM xidməti göstərdiyiniz səhi̇fələri̇n adlarını və ya li̇nkləri̇ni̇ qeyd edə bilərsiniz.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

600₼
Marketinq üzrə kiçik mütəxəssis

Agrowest Marketinq üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Agro-West DC LLC

28.06.2024 - Bakı

Təftiş üzrə mütəxəssis

AZ Dizayn Group Təftiş üzrə mütəxəssis: vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

29.05.2024 - Bakı