Qısa məzmun
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi SMM və Kontent marketinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Ali təhsil;
- Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilinin mükəmməl qrammatik biliyi;
- Kopiraytinq bacarığı;
- Kreativ düşünmə bacarığı;
- Komandada işləmə bacarığı;
- İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir;
Öhdəliklər:
- Sosial media hesablarının və veb səhifənin peşəkar şəkildə idarə olunması;
- Kontentin yaradılması və onun dolğun şəkildə təqdim edilməsi;
- Aylıq post planlarının hazırlanması;
- Səhifələr üzrə gələn sorğuların cavablandırılması;
- Məhsullar üzrə sosial şəbəkələrdə gündəlik paylaşımların edilməsi;
- Marketinq lahiyələrin icrasında dəstək;
Əmək haqqi ixtisas səviyyəsinə görə müəyyənləşdiriləcək.
Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (SMM və Kontent marketinq mütəxəssisi ) qeyd olunmaqla elektron ünvanına göndərilməlidir.
Son müraciət tarixi: 13 May 2022
Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.
Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir.
Oxşar vakansiya siyahısı:
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...