Qısa məzmun
“Azprotein Foods Group” MMC Sosis istehsal şöbəsinə Soba operatoru vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur.
“Azprotein Foods Group” MMC Sosis istehsal şöbəsinə Soba operatoru vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Yaş həddi: 21 – 40 yaş
- Staj: 2 – 4 il
- Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.
- Yaxın ərazidə yaşayan namizədlər müəssisəyə yaxınlaşıb CV formasını müəssisədə doldura bilərlər.
Vəzifə öhdəlikləri:
- termiki aqreqatlarda, bişirmə qazanlarında, avtomatik hisə vermə qurğularında, qovurma, buxarda bişirmə, hisə vermə və qurutma kameralarında kolbasa məmulatlarının qovrulması, bişirilməsi, hisə verilməsi, qızardılması və qurudulması proseslərini həyata keçirmək.
- hisə vermə kameralarında ətin hisə verilməsi prossesini həyata keçirmək.
- xammalın yüklənməsi və hazır məhsulun kameradan çıxarılması və soyudulması üçün göndərilməsi.
- temperatur rejimini tənzimləmək, texnoloji prosesin davam etdiyi müddətə nəzarət etmək və məhsulun hazır olub-olmadığını orqanoleptik olaraq və cihazların köməyi ilə müəyyən etmək.
- termiki kamerada və termiki aqreqatlarda əla növ kolbasa məmulatlarının termiki emalı texnoloji prosesinin həyata keçirilməsi.
- avtomatika və nəzarət-ölçü cihazlarının köməyi ilə, verilmiş proqram üzrə texnoloji rejimlərin yerinə yetirilməsini təmin etmək, proqrama uyğun olaraq temperatur-rütubət rejimlərinə nəzarət etmək və qoruyub saxlamaq.
- avadanlıqların fasiləsiz işləməsini təmin etmək, normal texnoloji rejimdən kənaraçıxma səbəblərini əvvəlcədən bildirmək və aradan qaldırmaq;
- ona həvalə edilmiş inventara gündəlik xidmətin göstərilməsi – istehsalat rəisinin tapşırığına əsasən yuyulması və müvafiq şəkildə təmizlənməsi;
- məmulatın keyfiyyət göstəricilərinə, onun normativ-texniki sənədlərə uyğun olmasına nəzarət etmək.
- nəzarət-ölçü cihazlarına, tüstü generatorlarına xidmət göstərmək, onları vaxtaşırı olaraq təmizləmək.
- termiki kameralarda və termiki aqreqatlarda sanitar-gigiyenik rejimə riayət etmək.
- müəyyən edilmiş sənədləşməni aparmaq;
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla azprotein.vacancy@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...