Qısa məzmun
PASHA Technology Təhlükəsizlik əməliyyatları mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
- Vəzifə: Təhlükəsizlik əməliyyatları mərkəzinin mütəxəssisi
Şöbə: İnformasiya təhlükəsizliyi
Birbaşa rəhbər: İnformasiya təhlükəsizliyi şöbəsinin rəhbəri
Dərəcə: Yenilənəcəkdir
Rəhbərlik səviyyəsi: Tətbiq olunmur
Məsuliyyətlər:
- “PAŞA Technology” MMC-nin bəzi vacib hədəfləri:
- SA-lara aşağı qiymətə yüksək keyfiyyətli xidmət göstərmək
- Ekosistemdən maksimum istifadəyə əsaslanan yeni platformalara vasitəsilə sinergiya yaratmaq
- Müştəri təcrübəsini və xidmət keyfiyyətini artırmaq (rəqəmsal amillərə və İT imkanlarının gücləndirilməsinə əsaslanan kompleks yanaşma vasitəsilə)
- Qrup üzrə innovasiya imkanlarını müəyyən etmək və səfərbər etmək
- “Agile” iş üsulu üçün tələb olunan təməl prinsipləri formalaşdırmaq
- Ən istedadlı kadrları qoruyub saxlamaq və yeni strategiyaya əsasən tələb olunan yeni imkanları yaratmaq (məsələn, rəqəmsal, analitik, “agile”)
- Bazar tendensiyalarına uyğun olaraq müvafiq bacarıqları inkişaf etdirmək
Əsas vəzifələr:
- “PAŞA Technology” MMC-nin Data Mərkəzləri şəbəkəsinin perimetri və tətbiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri yardımların göstərilməsi
- Data Mərkəzinin obyektləri və əlaqələndirilmiş analoji müəssisələrdə İT təhlükəsizlik alətlərinə operativ yardımın göstərilməsi
- Data Mərkəzlərində tətbiq olunan videomüşahidə sistemlərinə operativ yardımın göstərilməsi
- Təhlükəsizlik əməliyyatları mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi
- Təhlükəsizlik əməliyyatları mərkəzində istifadə olunan müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının hərtərəfli təhlilinin aparılması
- Həyəcan siqnallarının araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq komandaya bildirilməsi
- Təhlükəsizlik əməliyyatları mərkəzi tərəfindən idarə olunan təhlükəsizliyə nəzarət mexanizmləri vasitəsilə təsdiqlənmiş mexaniki, ssenariləşdiriliş və ya avtomatlaşdırılmış
- mşaltma tədbirlərinin həyata keçirilməsi
- Göstəriş əsasında yumşaltma və islahedici tədbirlərə yardımın göstərilməsi
- İşlərin idarə olunması alətində işlərin emal edilərək yekunlaşdırılması
- Təhlükəsizlik əməliyyatları mərkəzinin tərəfindən yekunlaşdırılmış əsas işlər üçün hadisə sonrası təhlilin aparılmasında iştirak
- Müxtəlif təhlükəsizlik platformaları və texnologiyalarının təhlükəsizlik təhdidlərinin təhlil edilməsi və cavab tədbirlərinin görülməsi
- Şəbəkənin müdafiə sistemləri, müdaxilələrin aşkar edilməsi və qarşısının alınması sistemləri, VPN, veb tətbiqlərinin müdafiə sistemləri və bir sıra digər təhlükəsizlik məhsullarının trafik və qeydiyyat jurnalının monitorinqi
- Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması
- Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilmiş cihazlarla bağlı texniki yardım barədə sorğuların cavablandırılması
- Konfiqurasiya, texniki istismar, bədbəxt hadisələrin idarə olunması və digər məsələlərlə bağlı sorğuların vaxtında cavablandırılması (rəsmiləşdirilmiş xidmət səviyyəsi haqqında müqavilə çərçivəsində).
- Şirkət daxilində və müştərilərlə effektiv məlumat mübadiləsi aparmaq üçün “PAŞA Technology” MMC-nin sorğuların yönləndirilməsi sistemində tədbirlərin sənədləşdirilməsi.
Müştərilərin idarə olunan cihazları vasitəsilə şəbəkə resurslarına çıxışla bağlı ehtiyaclarının qarşılanması və suallarının cavablandırılması. - Müəyyən edilmiş siyasət, prosedur və təhlükəsizlik prosedurlarına əməl edilməsi
- Problemlərin müstəqil şəkildə həll edilməsi və məruzə prosedurlarının başa düşülməsi.
- “Agile” iş üsulunu dəstəkləmək
- Müntəzəm əməliyyatların icrası zamanı həmkarlara və komanda üzvlərinə fəal yardımın göstərilməsi
- Həssaslıq və nasazlıqları proaktiv şəkildə müəyyən edərək aradan qaldırmaq
- Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), bədbəxt hadisələrin idarə olunması, problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi
- Standart əməliyyat prosedurlarına uyğun olaraq müstəqil təchizatçı və podratçılarla münasibətlər, müqavilələr və onlar tərəfindən göstərilən xidmətlərin idarə olunması
- Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün informasiya təhlükəsizliyi qrupunun rəhbəri ilə müntəzəm formal görüşlərdə iştirak etmək
- Bədbəxt hadisələri informasiya təhlükəsizliyi qrupunun rəhbərinə və baş icraçı direktora məruzə etmək
- Maraqlı tərəflərlə bədbəxt hadisələr, baş verən nasazlıq və qüsurlar, həyata keçirilən müvəqqəti və islahedici tədbirlər barədə rəsmi hesabat vermək
İkinci dərəcəli öhdəliklər:
- “PAŞA Technology” MMC-nin təhlükəsizlik infrastrukturunun monitorinqi, şəbəkədə hücum və həssaslıqların müəyyən edilərək məruzə edilməsi.
- Bədbəxt hadisələrin müəyyən edilməsi, onların ağırlıq dərəcəsini və tələb olunan cavab tədbirini müəyyən etmək üçün təhlil və araşdırmanın aparılması.
- Bədbəxt hadisələrin siyasət və prosedurlara uyğun olaraq düzgün şəkildə məruzə edilməsi və sənədləşdirilməsinin təmin edilməsi.
- Təhlükəsizlik hadisələri zamanı hücumun səviyyəsini və biznesə təsirlərini müəyyən edən, bədbəxt hadisələrin qarşısının alınmasının ən yaxşı yolları, o cümlədən bu cür hadisələrin yenidən baş verməsinin qarşısını almaq üçün sistemlərin gücləndirilməsi və yumşaltma tədbirləri ilə bağlı tövsiyələr verən texniki nasazlıqların məruzə edildiyi şəxs kimi çıxış etməyə hazır olmaq.
- Müştəri şəbəkəsinin təhlükəsizliyini təmin etmək üçün yaranan təhdid və həssaslıqların tam başa düşülməsi.
- Lazım gəldikdə qoruyucu monitorinq üzrə və təhlükəsizlik əməliyyatları mərkəzinin sənəd, proses və prosedurlarının yenilənməsi, aktuallığın təmin edilməsi.
- Müştəri məmuniyyətinin və idarə olunan təhlükəsizlik xidmətlərinin ümumi uğuru üçün məsuliyyət daşımaq.
- Müxtəlif müştərilərlə nəzakətli, müsbət və peşəkar şəkildə davranmaq.
- Güclü tənqidi düşüncə və problem həlletmə bacarıqları
- İnformasiya və məlumatların təhlükəsizliyi sahəsinə böyük maraq
- Güclü təşkilatçılıq bacarıqları sayəsində detallara fikir vermək
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları sayəsində müştəriyönümlü xidmət.
- Rotasiya əsasında iş saatlarında əlavə və həftə sonları işə gəlmək tələb olunacaqdır.
- Müştərilərin istismar və sahə işlərini həyata keçirmək üçün bəzi hallarda iş saatlarından əlavə işləmək tələb oluna bilər.
Bu vəzifə üçün tələb olunan ixtisas, təcrübə və bacarıqlar
Təhsil:
- Müvafiq sahə üzrə universitet dərəcəsi.
- Mühəndislik və ya elm kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir
- Texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən verilmiş əlavə sertifikatların olması üstünlükdür
Təcrübə:
- İnformasiya təhlükəsizliyi və ya şəbəkə texnologiyaları sahəsində minimum 1 il təcrübə tələb olunur.
- Kibertəhlükəsizliyin monitorinqi sahəsində minimum 6 ay təcrübə
- Dəyişiklik və buraxılışların idarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə təcrübə
- Ümumi kibertəhlükəsizlik analitikası, rəqəmsal məhkəmə araşdırması, kibrtəhdidlərin araşdırılması, koordinasiya və işlərin idarə olunması və digər informasiya thlükəsizliyi platformaları üzrə təcrübə
- ISO 27001, ISO 27002, PCI DSS kimi müvafiq standartlar üzrə bilik
- Aşağıdakı texnologiyalardan ən azı biri ilə bağlı minimum 6 ay təcrübə tələb olunur: Cisco ASA, Juniper (SRX, ScreenOS, SSL-VPN, IDP), Check Point, Sourcefire, Fortinet, Palo Alto Networks
- SİEM (Təhlükəsizlik Məlumatları və Tədbirlərin Təşkili) üzrə təcrübə
- TCP/İP şəbəkələri üzrə praktiki təcrübə
- “Linux” və “Windows” əməliyyat sistemləri üzrə təcrübə
- Tələb olunan marşrutlaşdırma və girişə nəzarət cihazları üzrə praktiki bilik
Kompüter bacarıqları:
- “Microsoft Office” proqramlarından istifadə bacarıqları
- Data Mərkəzləri mühiti və “Tier” standartları üzrə bilik
- Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik
Dil bilikləri:
- İngilis dili – Yaxşı
- Azərbaycan dili – Ana dili
- Rus dili – Yaxşı
Fərdi bacarıqları Davranışlar:
- Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu
- Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq
- Əməliyyatların keyfiyyətini təmin etmək
- Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək
E-mail: talents@pasha-technology.com
Oxşar vakansiya siyahısı:
Yelo Bank ASC Senior Data Analyst vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Yelo Bank ASC Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m5kqg7gjro Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...
Aztelekom MMC ERP və biznes prosesləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Prosesslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentində Scrum Master vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Sistem analitiki ( İT biznes analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...