Social Media Marketing Specialist
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Nar Sosial media marketinqi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nəticəyönümlü olmalıdır.

Vakansiya haqqında

İdarə: B2C Kommersiya
Şöbə: Marketinq Ünsiyyət Vasitələri
İş qrafiki : Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi: 07.11.2020

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Şirkətin sosial media kanallarını idarə etmək
  • Üçüncü tərəf şirkətlərin sosial media marketinq üzrə fəaliyyətini idarə etmək
  • Həftəlik / aylıq / illik sosial media planını hazırlamaq
  • Brend və ya marketinq fəaliyyətlərinin müvafiq kampaniyalar vasitəsilə sosial mediada yerləşdirilməsini təmin etmək
  • Müvafiq hesabatlar hazırlamaq və onları rəqiblərlə/keçmiş göstəricilərlə müqayisə etmək
  • Sosial platforma və brendlərin izlənilməsi üzrə vasitələri təhlil etmək
  • Sosial media trendlərini və uğurlu layihələri izləmək
  • Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
  • Ali təhsil (Marketinq sahəsində Ali təhsil üstünlük hesab olunur)
  • Rəqəmsal marketinq və ya sosial media marketinqi üzrə ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlükdür)

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Kopiraytinq bacarığı
  • Təşəbbüskar və yaradıcı
  • Nəticəyönümlü
  • Müasir rəqəmsal texnologiyalar haqqında məlumatlı olmaq və onlayn araşdırma aparma bacarığı
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı
  • Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilmək
  • Microsoft Office proqramlarını bilmək
  • Facebook Business Manager and Google Analytics proqramlarını bilmək
  • Müxtəlif SM reklam platformalarını bilmək (YouTube, LinkedIn, Twitter etc.)

Müraciət etmək üçün

CV-nizi hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Sosial media marketinqi üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı