Qısa məzmun
Sinteks Group of Companies Sosial Media Administratoru vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifənin rolu:
Bu vəzifənin rolu sosial media mətnlərinin hazırlanması və idarə edilməsini təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- Sosial Media təqvimini, effektiv planı, mövzuları zamana görə planlaşdırır və hazırlayır
- Brendin məqsədi və imicinə uyğun, gündəlik olaraq şəkil, mətn, video daxil olmaqla sosial mediada paylaşımları yaradır və yerləşdirir
- Brendlərin sosial səhifələrini yaradır və işlədir
- Korporativ standartlara əsasən sosial mediada tələb olunan məlumatlar ilə müştərilərin və izləyicilərin suallarına cavab verir
- Davamlı olaraq izləyicilərin, bəyənmələrin, rəylərin və paylaşımların sayının artırılmasını təmin edir
- Fotoçəkilişlər hazırlayır və həyata keçirir
Əsas tələblər:
Təhsil:
- Ali təhsil (Marketinq, Rəqəmsal Marketinq ixtisaslarına üstünlük verilir)
- SMM üzrə sertifikatlar arzuolunandır
Təcrübə:
- Sosial media sahəsində ən az 2 il təcrübə
Professional biliklər:
- Sosial medianın idarə edilməsi
- Dəb və trendlər haqqında biliklər
- Targeting ve sosial şəbəkələrdə reklam yerləşdirilməsi
- Səlis Rus və İngilis dili bilikləri
- MS Office Proqramları
Professional bacarıqlar və kompetensiyalar:
- Təşkilati bacarıqlar
- Nəticə yönümlülük
- Çeviklik
- Nizam – intizam
- Kopiraytinq
- Moda və tendensiyaları başa düşmək üstünlükdür
- Yaradıcı düşüncə
- Vizual təsvir bacarıqları
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sosial Media Administratoru” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...