Sosial media koordinatoru
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Vəzifə öhdəlikləri:

  • Sosial şəbəkələrdə səhifəyə gələn müraciətləri (şərh və mesajları) cavablandırmaq;
  • Sosial mediada şirkət haqda rəyləri monitorinq etmək;
  • Marketinq layihələrinin icrasında dəstək;
  • Müştəri məmnuniyyətini təmin etmək;
  • Rəqəmsal marketinq kanallarının idarə olunmasında və ümumi fəaliyyəti üzrə dəstək.

Tələblər:

  • Sosial media planlama və idarəetmə təcrübəsi (minimum 1 il);
  • Peşəkar səviyyədə yazı və şifahi ünsiyyət;

Şəxsi keyfiyyətləri:

  • Komanda şəklində işləmə bacarığı;
  • Planlama və təşkilatçılıq bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və işgüzar;
  • Şəxsi inkişafa yönümlülük;
  • Korporativ ünsiyyət bacarıqları

Təhsil və dil bilik tələbləri:

  • Ali təhsil;
  • Dil bilikləri: Rus dili – C1

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;

Birlikdə istirahət tədbirlərinin keçirilməsi; Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Sosial media koordinatoru” yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı