Qısa məzmun
AzəriMed QSC Sosial Media Meneceri (SMM) vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Şirkətə aid müvafiq brendlərin təhvil alınması və Sosial Media hesablarının idarə olunması (Facebook, Facebook Business Manager, Instagram, Google Ads. YouTube Studio);
- Reklamların idarə olunması, büdcənin hesablanması və aylıq təyinatı;
- Həftəlik/aylıq kontent planının hazırlanması;
- Dizayner, Videoqraf, Fotoqraf və Motion dizayner üçün müvafiq brieflərin yazılması;
- Fotoqraf və videoqrafa çəkiliş barədə olan ideyaların çatdırılması və çəkilişlərin idarə olunması;
- Marketinq kommunikasiyası üzrə müvafiq kanalllardan istifadə olunaraq kommunikasiyanın təşkili;
- Qoyulan marketinq hədəflərinə çatmaq üçün komanda ilə brainstorminqlərdə fəal iştirak;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması.
İş şəraiti:
- Əmək haqqı: 600-800 AZN
- İş qrafiki: Tam iş günü
- Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli 42 A küçəsi.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- • Azərbaycan və rus dili biliyi mütləq, ingilis dili biliyi arzuolunandır;
- • Google Ads ilə işləmə və düzgün copywriting bacarığı üstünlükdür;
- • Sosial media hesabları üzrə metodları və digər platformaları bilməli;
- • Rəqəmsal və ənənəvi marketinq üzrə biliklər;
- • Yenilikləri və trendləri izləməli;
- • Komandada işləmək qabiliyyəti;
- • Kreativ və innovativ düşüncəli olmalı.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...