Qısa məzmun
Agro-West DC LLC Sosial Media Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Social Media Marketing (SMM) sahəsində iş təcrübəsi;
- Qrafik dizayn qabiliyyəti (CorelDRAW , Photoshop );
- Sosial şəbəkələrdə maksimal “interaction” əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti;
- Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli;
- Komandada işləmək qabiliyyəti.
Vəzifə və öhdəliklər:
- Sosial media hesabları və platformaları (Facebook, Instagram, şirkət və s.) ilə işləmək;
- Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətl kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
- Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh və soruğuları cavablandırmaq;
- Aylıq insertlərin, bukletlərin, reklam flyerlərinin hazırlanması və idarə olunması;
- Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;
- Bütün SMM kanallarına nəzarət etmək;
- Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında yerinə yetirmək;
- Şirkətə məxsus sayt və sosial media vasitələrinin idarə olunması.
Namizədlərdən CV-lərini “Sosial media meneceri” mövzusu ilə hr@agrowestdc.az ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...