Qısa məzmun
Improve Consulting Sosial media mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Sosial şəbəkə hesablarının idarə olunması;
- Video və foto çəkilişlərin həyata keçirilməsi;
- Trend video çəkiliş metodlarını izləmək və tətbiq etmək;
- Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarına əməl edərək mətnləri yazmaq;
- Aylıq sosial media planını hazırlamaq;
- Kontentin sosial mediada paylaşılmasını təmin etmək;
- Gündəlik story-lərin paylaşılması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi.
Tələblər:
- Ali təhsil (biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
- İngilis dili biliyi üstünlükdür;
- Sahə üzrə minumum 1-2 il iş təcrübəsi;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
- Məsuliyyətli, diqqətli, ünsiyyətcil olmalı və komanda ilə işləmə bacarığı;
- Verilən tapşırıqları vaxtında yerinə yetirməli;
- Kreativ ideyalı və yaradıcı olmalı.
İş şəraiti:
- ARƏM uyğun işə qəbul;
- İş saatı: 09:00-18:00 (6 cı gün yarı iş günü);
- Nahar şirkət tərəfindən qarşılanır;
- Həftədə 1 gün istirahət.
Əmək Haqqı: Müsahibə əsasında təyin olunacaq.
Ünvan: Elmlər Akademiyası, BDU üzbəüz çıxışı, Z.Xəlilov 31B.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Sosial media mütəxəssisi” başlığı ilə hr@improve.az elektron poçt ünvanına göndərə bilərlər
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...