Qısa məzmun
AZDIZAYN GROUP Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Haqqımızda
“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.
Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.
Namizədə olan tələblər:
- Orta (Bakalavr üstünlükdür);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
- Kompüter bilikləri (MS Office, Micro üstünlükdür);
- Qrafik Dizayn proqramları üstünlükdür.
- Təşəbbüskar,
- Yenilikçi
- Punktual və kreativ
- İşə yaradıcı yanaşma
İş haqqında məlumat:
- Şirkətin Sosial media hesablarının idarə olunması
- Sosial media hesablarından gələn sualların cavablandırılması
- Gündəlik post mətnlərinin hazırlanması, postların planlanması
- Kompaniyaların təqdimatının hazırlanması
- Kopiraytinq işlərinin görülməsi
- Postların kontentinin hazırlanması
- Saytda mətnlərin yazılması və məhsulların yerləşdirilməsi
- Məhsulların məlumatlarının Micro proqramından götürülməsi
- Posta uyğun məlumatın dizaynerə verilməsi və hazırlandıqdan sonra social media hesablarında paylaşılması
- Sosial Mediadan olan aylıq statistikanın hazırlanması (SM Hesabatı)
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
Vakansiyaya müraciət üçün CV-ləri “Sosial Media Mütəxəssisi” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...