Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AzerGold CJSC Sosial media üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Video-animasiya işlərini bacarmaq üstünlükdür.
Şirkət haqqında:
“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.
Vakansiyanın adı: Daxili nəzarət şöbəsi, mütəxəssis (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)
Əsas vəzifə və öhdəliklər:
- Rəqəmsal və sosial media platformaları üçün kreativ kontent (mətn, foto, video, gif) yaratmaq;
- Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi;
- Sosial media təqvimi planlaşdırmaq,hazırlamaq və tədbirlərin mövzusuna, vaxtına uyğun effektiv qrafik qurmaq;
- Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
- Korporativ standartlar əsas götürülməklə müştərilərin və izləyicilərin sosial mediadakı sorğularının cavablandırmaq;
- Şirkətin sosial şəbəkə hesablarının aylıq nəticələri haqqında hesabatların hazırlanması;
- Kampaniyalar və yeniliklərlə bağlı təkliflərin verilməsi, bu kampaniyaların reallaşdırılmasının təmin edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Qrafik dizayn qabiliyyəti; (Adobe İllustrator, Adobe Photoshop, Corel Draw proqramlarından ən az birini peşəkar səviyədə bilməli)
- Zövqlü və yaradıcı yanaşma qabiliyyəti;
- Video-animasiya işlərini bacarmaq üstünlükdür;
- Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (arzuolunandır.), Adobe İllustrator, Adobe Photoshop, Corel Draw və digər proqramlar
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil;
- Sosial media mütəxəssis vəzifəsi üzrə minimum 2 il iş təcrübəsi
Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...