Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals Sosial Media üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur.
Ümumi tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Minimum 1-2 il iş təcübəsi;
- Xanım namizədlər;
- Yaş həddi: 22-28;
- MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Qrafik dizayn proqramlarında işləmə bacarığının olması mütləqdir;
- Azərbaycan dili səlis, Rus dili və İngilis dili biliyi üstünlükdür;
Vəzifə öhdəlikləri:
- Şirkətin sosial şəbəkə hesablarının (Facebook, İnstagram) idarə edilməsi;
- Paylaşılan məzmunun qrammatik cəhətdən düzgünlüyünün, məntiqi və asan anlaşılan olmasının təmin edilməsi;
- Online platformalarda şirkətlə yaxud şirkətin hər hansı məhsul və xidmətləri barədə ünvanlanan sualların cavablandırılması;
- Şirkətin təqdim etdiyi hər bir xidmət və məhslun reklamının təşkil edilməsi;
- SMM strategiyasının hazırlanması və həyata keçirilməsi;
İş şəraiti:
- İş yeri – BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar şirkət tərəfindən təmin olunur
- Tibbi siğorta ilə təmin olunma;
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...