Qısa məzmun
1st Fitness İdman və SPA mərkəzinə təcrübəli massajist tələb olunur.
Vəzifə öhdəlikləri:
- Massaj otağına qonaqları qəbul edir, onlar barəsində zəruri məlumatları (travmalar, xəstəliklər, həkimin təyinatı (fitness-təlimatçısının), əks göstərişlər, məqsəd və s.) öyrənir;
- Massajın tipini və növünü müəyyən edir;
- Sertifikatlaşdırılmış massaj avadanlığı və inventardan istifadə edir, massaj avadanlığını və inventarını massaj seansı üçün hazırlayır;
- Massaj seansını (ümumi sağlamlıq, idman, anti-sellülit,klassik,aromaterapiya,ekzotik,kosmetoloji və digər növləri) masaj qaydalarına riayət etməklə keçirir;
- Qonağın “problemli” yerlərini müəyyənləşdirir və seqment massajı edir;
- Qonaqlara özünü-massaj etmək imkanları və digər peşəkar məsələlər barəsində tövsiyyələr verir;
- Qonaqlardan öyrəndiyi məlumatların konfidensiallığını təmin edir;
- Massaj otağında zəruri təmizlik və səliqəni təmin edir; Massaj sahəsində yerli və xarici təcrübəni öyrənir,həmçinin öz ixtisasını sistematik olaraq artırır;
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirir
Namizədə tələblər:
- Azərbaycan dili mükəmməl səviyyədə
- Rus dili əla səviyyədə
- Səlis danışıq qabiliyyəti
- Analoji sahədə ən azı 1 il iş təcrübəsi (4 və 5 ulduzlu otellərdə iş təcrübəsinə üstünlük verilir);
- Enerjili,punktual,məsuliyyətli,kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
- Mehriban və kollektiv ilə birgə işləmə bacarığının olması
- Vəzifə öhdəliklərinin tam və vaxtında icra etmə bacarığının olmas
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Vakansiyaya uyğun olan namizədlər CV-lərini hrm@zeta.az e-mail ünvanına göndərə bilərlər