Qısa məzmun
Gabala Hospitality Group SPA və Fitness şöbəsində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə Öhdəlikləri:
- Qonaqların qarşılanması, SPA bölməsində qeydiyyata alınması və xidmətlərlə bağlı məlumatların verilməsi;
- SPA bölməsi üzrə gündəlik işlərə nəzarət etmək və qonaq gözləntilərinin qarşılanması və müştəri məmnuniyyətinin maksimuma çatdırılması
- Komanda üzvlərinin növbə cədvəllərinin hazırlanması, əməkdaşların gündəlik işlərlə təlimatlandırılması;
- Peşəkar komanda mühiti yaratmaq;
- İşçi heyətinə təlimlərin verilməsi və heyətin idarə edilməsi;
- Xidmət əməliyyatları üzrə təlimatların işçi heyətinə çatdırılması və lazım gələrsə yeni şöbədaxili təlimatlar hazırlamaq;
- Kompüter avadanlığından və internetdən optimal səviyyədə istifadə etmə bacarığı;
- Müştərilərin qəbul, rezervasiya proseslərinə şəxsən nəzarət etmək;
- Pul,kassa əməliyyatları üzrə gündəlik hesabtaların dəqiqliklə hazırlanması və şöbə rəhbərinə hesabat verilməsi;
- SPA inventarlarının uçotuna nəzarət və SPA məhsullarının maksimum xidmətə hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
- SPA prosedurları, yeni satış və xidmət siyasətinin yaradılmasında yeni ideyalar verməklə menecerə yaxından dəstək olmaq;
- Daxil olan zəngləri və emailləri cavablandırmaq, ehtiyac duyulduğu halda digər şöbələrə yönəltmək;
- Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq, yeni prosedurlar, xidmətlərlə bağlı müştəriləri məlumatlandırmaq;
- Digər şöbə işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti hotelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək;
Tələb Olunan Bi̇li̇k, Bacarıq və Təcrübə:
- Azərbaycan, ingilis və rus dilləri – əla
- Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı
- Orta -ixtisas təhsili
- Xoş görünüşlü, gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı, mövcud problemin həllini yerində tapmaq
- Stressə davamlı olmaq, təzyiq altında effektiv işləmək bacarığı
- Micros POS əməliyyat sistemindən istifadə bacarığı
- SPA və Fitness şöbəsndə nəzarətçi istiqaməti üzrə 2 il və daha çox təcrübəsi olan namizədlərə üstünlük verilir;
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (SPA və Fitness şöbəsində nəzarətçi) göstərilməklə elektron poçtuna göndərmələri xahiş olunur.
Müsahibə üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...