Qısa məzmun
Şam-Fi MMC SQL Developer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- MS SQL Server ilə iş;
- T-SQL sorğularının yazılması, optimallaşdırılması;
- Biznesin tələbinə uyğun yeni hesabatların yazılması və mövcud hesabatlara dəyişiklik edilməsi;
- Müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı hesabatların hazırlanması;
Namizəd üçün tələblər:
- İnformasiya Texnologiyaları ixtisası üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
- Analitik təfəkkür və alqoritmik düşünmə qabiliyyəti;
- Müvafiq sahədə minimum bir il iş təcrübəsi;
- T-SQL sahəsində dərin biliklər (mürəkkəb sorğular yazmaq və onları optimallaşdırmaq bacarığı);
- Mövcud məlumatları, cədvəlləri, sorğuları, saxlanılan prosedurları, hesabatları və s. (stored procedures, functions, indexes,views,jobs,triggers və s) təhlil etmək bacarığı;
- DWH (Data Warehouse) üzrə biliklər;
- Hər hansı BI Tool (Power BI, Bold BI və s.) ilə işləmə bacarığı;
- Məlumat bazasının strukturu üzrə biliklər;
- Dil Bilikləri: Azərbaycan dili əla, İngilis dili texniki səviyyədə;
- LOGO ERP proqramı ilə işləmə bacarığı olanlara üstünlük verilir.
Əmək şəraiti:
- Nahar şirkət tərəfindən təmin edilir;
- Həftəlik 5 iş günü (saat: 09:00-18:00);
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə SQL Developer vakansiyası yazaraq göndərə bilərlər.