Qısa məzmun
MKT-İK MMC Standarlaşdırma və metrologiya üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununa və müvafiq iş təlimatlarına uyğun olaraq filial və məntəqələrdə metroloji təminat üzrə işləri yerinə yetirmək, istismarda olan ölçmə vasitələrinin kalibrlənməsini təmin etmək;
- Metrolji təminatının yaxşılaşdırılması, ölçmə vasitələri və sınaq avadanlıqlarının təkmilləşdirilməsi istiqamətində yeni təklif və layihələrin hazırlanmasında iştirak etmək;
- İstismar olunan və istismara yeni daxil edilən ölçmə vasitələrinin kalibrlənməsi dövriliyini müəyyən etmək və bunun yerinə yetirilməsi üçün təqvim-cədvəl hazırlamaq;
- Ölçmə vasitələrinin vaxtaşırı (dövlət və beynəlxalq standartlara, mövcud normativ sənədlərə və iş təlimatlarına uyğun) kalibrlənməsini yerinə yetirmək;
- Alınan nəticələri laboratoriya iş dəftərində qeyd etmək, kalibrləmə nəticələrindən ibarət kalibrləmə sertifikatı tərtib etmək
- Cihaz və avadanlıqların texniki qulluğunu yerinə yetirmək;
- İş yerini, istifadə etdiyi avadanlığı, cihazları təmiz və işə hazır vəziyyətdə saxlamaq;
- Lazım olan normativ sənədlərin , yoxlama metodikalarının hazırlamaq və razılaşdırılaraq təsdiq olunması üzrə işləri yerinə yetirmək;
- Yeni ölçmə vasitə və metodlarının seçilməsi üzrə işləri yerinə yetirmək, onların yerinə yetirilməsi metodikasını işləyib hazırlamaq;
- Nəzarət-ölçü cihazlarının vəziyyəti ilə əlaqədar texnoloji prosesdə yaranmış xətaların səbəblərinin analiz edilməsində və bu xətaların aradan qaldırılmasında iştirak etmək;
- Ölçmələrin dəqiqliyinin nizamlanması və daha da artırılması sahəsində dövlət və beynəlxalq standartların, digər normativ sənədlərin tətbiq edilməsində iştirak etməlidir;
- Müəssisəyə yeni daxil olmuş ölçmə vasitələrinin texniki qəbulunu həyata keçirmək;
- Metroloji təminatla bağlı hesabat hazırlamaq;
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək.
- Şöbə rəisinin verdiyi tapşırıqları vaxtında icra etmək və mulamat vermək;
- Beynəlxalq ISO 17025 Standartının tələblərinə uyğun sistem sənədlərinin daimi işlək vəziyyətdə saxlanmasında yaxından iştirak etmək;
- Ölçmə vasitələrinin kalibrlənmə nəticələrinə uyğun olaraq kalibrlənmə sertifikatı hazırladıqda Qeyri-müəyyənliyin hesablanmasını yerinə yetirmək;
- Regionlara ezamiyyə getmə imkanına sahib olmaq;
Tələblər:
- Təhsil: Ali (Standartlaşdırma və metrologiya üzrə ) – mütləq şərtdir
- Ölçmə vasitələrinin kalibrlənməsi və qeyri müəyyənliyin hesablanması üzrə bacarıq və bilik
- İş təcrübəsi tələb olunmur
- Ofis proqramlarında sərbəst işləmək bacarığı
- Ünsiyyət qurmaq bacarığı
- Komanda ilə işləmək bacarmağı
- Məsuliyyətlilik, diqqət və dəqiqlik
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Standartlaşdırma və metrologiya üzrə mütəxəssis” mövzusu ilə göndərə bilərsiniz. Yalnız müvafiq başlıqla ünvanlanmış CV nümunələrinə baxış keçiriləcək.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...