Qısa məzmun
əyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək
İş yeri: Texniki xidmət şöbəsi
İşin Əhatə Dairəsi və Ümumi Məqsədi: Mətbəxdə və Restoran xidməti sahələrində təmiz və gigiyenik iş mühitini təmin etmək, istismar avadanlığını və mətbəx ləvazimatlarını yumaq, təmizləmək və yerinə yığmaq.
Tabeçilik: Texniki xidmət şöbəsində qrup rəhbəri/nəzarətçi/menecerƏsas Öhdəliklər
Müştəri Xidməti Öhdəlikləri:
- Daxili müştərilərə müvafiq mükəmməl xidmət göstərmək.
Əməliyyat Öhdəlikləri
- Təyin edilmiş iş yerinin və ətraf ərazilərin daim təmiz və səliqəli saxlanılmasını təmin etmək.
- Menecer köməkçisi və ya Restoran xidmətinin qrup rəhbəri tərəfindən təyin edilmiş ümumi təmizlik işlərini yerinə yetirmək.
- Qabları müəyyən edilmiş fəaliyyət standartlarına uyğun təmizləmək və yumaq.
- Qazanları, tavaları və digər mətbəx ləvazimatlarını fəaliyyət standartlarına uyğun təmizləmək və yumaq.
- Zibil qablarını planlaşdırılmış zibil yığımı qrafikinə uyğun boşaltmaq.
- Şöbədə təyin edilmiş açma və bağlama prosedurlarına ciddi əməl etmək.
- Bütün təmizləmə prosedurlarına, qabyuyan maşından istifadəyə və istifadə ediləcək kimyəvi vasitələrə dair tam anlayış və biliyə malik olmaq.
- Zədələri minimuma endirmək və sıradan çıxmanın qarşısını almaq üçün bütün istismar avadanlığı və ləvazimatları ehtiyatla istifadə etmək.
- İstismar avadanlığının rüblük, yarım-illik, illik inventarını aparmağa yardım etmək.
Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə Öhdəliklər:
- TTƏM siyasətləri və proseduralarından xəbərdar olmaq və bütün proseduraların təhlükəsiz və TTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək.
- Ehtiyatlılığa riayət etmə öhdəliyindən xəbərdar olmaq və texniki təhlükəsizlik və əməyin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək.
- Əmlak təhlükəsizliyi, ilkin yardım və yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığın təhlükəsiz və düşüncəli tərzdə istismar etmək.
- Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və supervayzerlərə/nəzarətçilərə potensial təhlükələr haqqında məlumat vermək.
Digər Öhdəliklər:
- Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.
- Hər zaman müvafiq uniformanın geyilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək.
- Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
- Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
- Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmək.
- Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.
- Ölkənin qanunvericiliyinə riayət etmək.
- Otelin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.
- Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
- Otelin Dəyərlərini nümayiş etdirmək və möhkəmləndirmək.
E-mail: careers@absheronhotelgroup.com