Qısa məzmun
Ə/h 800-900 AZN. Super Toys Stok kontrol mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.
Vəzifə Öhdəlikləri :
- Stokun gündəlik yoxlanılması və stoka nəzarət edilməsi;
- Anbardan malların giriş və çıxışına nəzarət edilməsi;
- Sayım prossesinə nəzarət etmək;
- Sayım nəticələrinin analiz edilməsi;
- Mal stokunun dövriyyəsinə nəzarət etmək;
- Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
- Mağazalar tərəfindən işlənilən yanlış əməliyyatların mağazalara bildirilərək aradan qaldırılmasını təmin etmək;
- Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək;
Namizədə Tələblər :
- Ali təhsil (İqtisadiyyat, menecment, maliyyə və audit );
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Dəqiqlik, nəzarətetmə bacarığı, məsuliyyətlilik, stressə davamlılıq;
- Komandada işləmək bacarığı;
Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən “CV”–lərini mövzu hissəsində vəzifə adını “ Stok kontrol mütəxəssisi” qeyd etməklə, (Hr@supertoys.az) ünvanına göndərə bilər.