Qısa məzmun
Sumgait Technologies Park LLC STP Təcrübə Proqramı – 2021 vəzifəsi üzrə vakansiya elan edir.
“STP Təcrübə Proqramı – 2021” layihəsinə qəbul başlanır!
Sumqayıt Texnologiyalar Parkı (STP) bir neçə ildir başlatdığı ənənənin davamı olaraq “STP Təcrübə Proqramı – 2021” adlı ödənişli təcrübə layihəsinə start verir. Layihənin başlıca məqsədi təhsilini yeni bitirmiş, iş təcrübəsi olmayan, lakin öyrənməyə meyilli gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yardımçı olmaqdır. Təcrübə proqramı əsasən sənaye istehsalı və ofis-inzibati istiqamətdə 20-yə yaxın müxtəlif peşə və ixtisası əhatə edəcəkdir. Təklif olunan peşə və ixtisaslar üçün təcrübə tələb edilmir.
“STP TƏCRÜBƏ PROQRAMI – 2021”
STP holdinqinə daxil olan Biznes Vahidlərində və Müştərək təşkilatlarında, həmçinin Baş ofisdə təcrübə qazanmaq imkanı yaradırıq. Təcrübəyə cəlb edilən STP-nin Biznes Vahidləri və Müştərək təşkilatları şirkətin önəmli istehsal sahələrini əhatə edən STP Global Cable, STP-AH və STP Aluminium, Polimer Məmulatları şirkətləridir.
Əgər siz aşağıdakı keyfiyyətlərə maliksinizsə, deməli axtardığımız ideal namizədsiniz:
- Müvafiq ixtisaslar üzrə orta ixtisas məktəbini, bakalavr və ya magistr təhsilini son 2 ildə başa vurmuş olmalı (kişi namizədlərdə hərbi xidməti keçmiş və ya təcrübə müddətində möhlət hüququ olanlar nəzərə alınacaqdır);
- Sənaye sektorunda karyera qurmaq motivasiyasına malik olmalı;
- Aktiv, məsuliyyətli və nəticəyönümlü olmalı;
- Yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli olmalı;
- Komandada işləmə bacarığına sahib olmalı;
- Azərbaycan dilini yüksək səviyyədə bilməli (müəyyən sahələr üzrə ingilis və rus dili bilikləri arzu olunandır);
- Fikrini dəqiq ifadə etməli və təqdimat bacarıqlarına malik olmalı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qurmağı bacarmalıdır (müəyyən sahələr üzrə).
Bu təcrübə proqramında nələri əldə edəcəksiniz?
- Regionun qeyri-neft sektorunda ən böyük istehsalçısı olan sənaye müəssisəsində 3-6 aylıq yerli və xarici peşəkar mütəxəssislərlə birgə təcrübə keçmək imkanı;
- Təcrübə proqramının yekununda xüsusi fərqlənən gənclərin Türkiyə Respublikasının aparıcı sənaye müəsisələrində təcrübə mübadiləsinə cəlbi;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
- Təcrübəçi müqaviləsi əsasında sənədləşmə və həftə sonları istirahət;
- 5 günlük iş həftəsi;
- Ödənişli əsaslarla (300 AZN xalis) təcrübə qazanmaq imkanı;
- Nəqliyyat xidməti və naharla təminat
Qeyd edilən tələblərə cavab verən namizədlər aşağıdakı cədvəldə göstərilən peşə və ixtisaslar üzrə müraciət edə bilərlər:
Təcrübəçi layihəsində əhatə edilən peşə və ya ixtisasların adı:
- 1 İstehsalatın idarə edilməsi üzrə təcrübəçi
2 Texnoloji layihələndirmə üzrə təcrübəçi
3 İstehsalat hesabatları üzrə təcrübəçi
4 Metallurgiya (əlvan) üzrə təcrübəçi
5 Planlama üzrə təcrübəçi
6 Keyfiyyətə nəzarət üzrə təcrübəçi
7 SƏTƏM üzrə təcrübəçi
8 Avtomatika və Nəzarət Ölçü Cihazları (NÖC) üzrə təcrübəçi
9 Qəlibçilik üzrə təcrübəçi (Alüminium profillərinin istehsalı )
10 Elektrik montyorluğu üzrə təcrübəçi
11 Torna dəzgahı üzrə təcrübəçi
12 İnsan Resursları üzrə təcrübəçi
13 Hüquq üzrə təcrübəçi
14 İT üzrə təcrübəçi (Proqramlaşdırma üzrə)
15 İT üzrə təcrübəçi (Texniki dəstək üzrə)
16 Maliyyə və hesabatlılıq üzrə təcrübəçi
17 Marketinq üzrə təcrübəçi
18 Dizayn işləri üzrə təcrübəçi
19 Satınalma üzrə təcrübəçi
20 Satışa dəstək üzrə təcrübəçi
Müraciət qaydası:
Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi 1 Aprel 2021-ci il tarixinədək mövzu hissəsində Təcrübə keçmək istədiyiniz peşə və ya ixtisasın adını yazmaqla intern@stp.az ünvanına göndərə bilərsiniz.
Müraciətçilərdən yalnız qeyd edilən şərtlərə cavab verən şəxslərlə əlaqə yaradılacaq.
Təcrübə proqramında elan edilmiş peşə və ixtisaslarla bağlı ətraflı məlumatları STP Təcrübə proqramının rəsmi səhifəsindən əldə edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC Usta köməkçisi (mebel) vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Təsərrüfat şöbəsində Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
IMotors Avtomobil üzrə elektrik-diaqnost vəzifəsi üzrə vakansiya elan edir. ...
IMotors Avtomobil üzrə motorist-mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m40xa7c1o1 Təsvir Select and acquire age-appropriate books, magazines, and other educational materials for the library; Maintain an organized and up-to-d ...