Qısa məzmun
PASHA Insurance Kompensasiya və Müavinatlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- İR analitikası və hesabatlığı aparmaq
- İcbari sığortanın portaldan (isb.az) həyata keçirmək və izləmək
- Sosial məzuniyyətlərin, xəstəlik müavinətini e-gov’a daxil etmək
- Aylıq əmək haqqı hesablamalarını aparmaq və Mühasibatlığa yönləndirmək
- Ay sonu əmək haqqı cədvəlini hazırlanmaq və imzalamaq
- Əməkhaqqı kartlarını sifariş etmək
- Avans hesabatların hazırlamaq
- Əməkhaqqı sorğularını cavablandırmaq
- Vahid bəyənnamənin göndərilməsinə dəstək vermək
- İllik bonus, əməkhaqqı və vəzifə dəyişikliklərinin aparılmasında datanın ötürülməsi və düzgünlüyü üçün yoxlamalar aparmaq
- Təlim və imtahan ödənişlərinin, team buildinglerin korporativ kart vasitəsilə ödənişlərini həyata keçirmək
- Əmək haqqı və digər işçilik Statistika hesabatını göndərmək
- Əməkhaqqı hesabatlarını çıxarmaq və maliyəyə ötürmək
- Rəhbərlik tərəfindən veriləcək Əmək qanunvericiliyi ilə bağlı sorğuları və tapşırıqları icra etmək
- İR əməliyyatları proseslərinin daim inkişaf etidirilməsi üçün təkliflər vermək
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Biliklər:
- Ali təhsil – Biznes, İqtisadiyyat, İdarəetmə yönümlü təhsil arzu olunandır
- Kompyuter bilikləri: Peşəkar səviyyədə Microsoft Office proqramlarından istifadə bacarığı
- Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə biliklərin olması. Rus və İngilis dili bilikləri arzuolunandır
Təcrübə:
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
Bacarıqlar:
- Stres altında işləməyi bacarmalı
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı
- Ünsiyyət yaratmaq, dinləmək, güclü müşahidə etmək bacarığına malik olmalı
- Yüksək analitik düşünmə qabiliyyətinə sahib olmalı
Son müraciət tarixi: 25 Yanvar 2022
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...