Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Sənaye Korporasiyası ASCStrateji araşdırma və təhlil üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifələri:
- Korporasiyanın fəaliyyət istiqamətləri üzrə strateji araşdırma və təhlil üzrə işlərin görülməsi, o cümlədən strateji layihələrin hazırlanması mərhələsində müvafiq tədbirlərin icrası;
- Korporasiyanın məsul olduğu strateji yol xəritələri, dövlət proqramları və digər normativ hüquqi aktlarla müəyyən edilmiş tapşırıqların icrasının monitorinqinin aparılması;
- Korporasiyanın müvafiq sahələrdə olan fəaliyyətini təhlil edilməsi və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflərin verilməsi;
- Proqnozların icrasına nəzarət edir, müvafiq iqtisadi-statistik təhlillərin aparılması, sahənin inkişafı ilə bağlı təkliflərin verilməsi;
- Müvafiq sahənin əsas maliyyə, texniki-iqtisadi göstəricilərini təhlil edilməsi, statistik göstəricilərin yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkliflərin verilməsi;
- Strateji inkişaf planlarının icrasının aidiyyəti struktur bölmələri ilə birlikdə monitorinqini aparılması və rəhbərliyə məlumatın verilməsi;
- İnvestisiya layihələrinin hazırlanmasında iştirak edilməsi, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi üzrə müəyyən köməkliyin göstərilməsi və müəyyən araşdırmaların aparılması;
- Sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanmasında aidiyyəti struktur bölmələrinə müəyyən dəstəyin göstərilməsi;
- Müvafiq sahələr üzrə göstəricilərin dünya ölkələri ilə müqayisəli təhlillərini aparmaq və göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar təkliflərin verilməsi;
- Statistik hesabat formalarının təkmilləşdirilməsi və statistik göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar aidiyyəti struktur bölmələri ilə birlikdə təkliflərin verilməsi;
- Müvafiq sahələr üzrə islahatların aparılmasında aidiyyəti struktur bölmələri ilə birlikdə iştirak edilməsi;
- Korporasiyanın fəaliyyətini əks etdirən hesabatların hazırlanmasında aidiyyəti struktur bölmələri ilə birlikdə iştirak edilməsi;
- Hesabat məlumatlarının reallığının, düzgünlüyünün və tamamlığının yoxlanılması və təmin olunması;
- Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması
- Məhsul və xidmətlərin rəqabətə davamlılığı, bazarın inkişaf trendləri istiqamətində strateji təhlillərin aparılması;
- Műəssisələrin inkişaf perspektivlərinin araşdırılması və bu sahədə təkliflərin hazırlanması;
- Rəqabət mühitinin təhlili, mövcud və potensial inkişaf perspektivlərinin araşdırılması;
- Statistik məlumatların toplanması və műəssisələrdə gələcək inkişafı proqnozlarının verilməsi;
- Strateji məqsədlərə çatmaq üçün əsas göstəricilərin təhlili və rəqəmsəl plan göstəricilərin hazırlanması;
- Biznes modellərin hazırlanması;
- Layihələr ilə bağlı analitik hesabatların hazırlanması və müvafiq arayışların yazılması;
Əsas tələblər:
- Tətbiqi riyaziyyat və ya maliyyə iqtisadiyyat sahəsində ali təhsil;
- Azərbaycan, rus və ingilis dillərdində sərbəst danışmaq və yazmaq;
- Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
- Hesabatların hazırlanması və vizuallaşdırılması üzrə iş təcrübəsi;
- ACCA, CFA və müvafiq sahədə digər beynəlxalq sertifikatların olması;
- MS Office proqramlarında (xüsusi ilə MS Excel) yüksək səviyyədə işləmək bacarığı;
- SPSS/STATA/R, Tableau/PowerBI və ekonometrika üzrə biliklərin olması üstünlükdür;
- Analitik mühakimə etmək qabiliyyəti;
- Təşkilati və təqdimat bacarıqları;
- Araşdırma və tədqiqat bacarıqları;
- Ünsiyyət və komandada işləmək bacarığı;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Gərgin iş qrafikində işləmək bacarığı;
Maraqlanan şəxslər mövzu hissəsində vakansiyanın adını yazmaqla, CV-lərie-mail ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...