Qısa məzmun
Azərbaycan Dəmir Yolları Strateji idarəetmə üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Strateji planlama məqsədilə aparılan araşdırma və təhlillərdə iştirak etmək;
- Biznes vahidlərinin strateji təşəbbüslər üzrə fəaliyyətinin izlənilməsi, maliyyə və texniki göstəricilərin təhlili və yenilənməsi;
- Regional və qlobal səviyyəli müqayisəli təhlillərin edilməsi və boşluq təhlillərinin aparılması;
- Strateji planlama məqsədilə əsas biznes vahidləri ilə sıx əlaqədə olmaq və lazımi analitik və statistik məlumatların yığılması;
- Əsas səmərəlilik göstəricilərinin (KPİ) yığılması, təhlili və yenilənməsində iştirak etmək;
- Təşkilati və biznes mühitdə ən yaxşı təcrübələrin təşkili, müqayisəsi və paylaşılmasında iştirak edilməsi;
- Təhlillərin nəticələri ilə bağlı təqdimatların hazırlanması.
Tələb olunan Təhsil, təcrübə və bacarıqlar
- Maliyyə, İqtisadiyyat, İdarəetmə və ya digər əlaqəli sahələrdə bakalavr dərəcəsi, magist təhsili arzuolunandır;
- Uyğun sahələrdə minimum 2 illik peşəkar təcrübə;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarıqları;
- İngilis, rus və azərbaycan dilləri üzrə mükəmməl bilik;
- Beynəlxalq maliyyə prinsipləri üzrə biliklər;
- Marketinq prinsipləri üzrə biliklər;
- Nəqliyyat və logistika üzrə bilik və təcrübə;
- Bazar iqtisadiyyatı prinsipləri üzrə biliklər;
- Yüksək analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma bacarığı;
- Kollektivlə işləmək bacarığı;
- Təşəbbüskarlıq, təşkilatçılıq və təqdimat bacarıqları.
- Müraciət etmə qaydaları:
- Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək
- vakansiyaya müraciət etmələri xahiş olunur.
- Vakansiya üzrə son müraciət tarixi: 11.10.2022
- https://career.ady.az/Vacancy/Get?id=3695#vp
Oxşar vakansiya siyahısı:
Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
700₼
Aparıcı kredit mütəxəssisiƏmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
450₼
Kredit mütəxəssisiƏmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...