Qısa məzmun
Gloria Jean’s Coffee Barista vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev eşyaları mağazalarını və 10-a yaxın kofeteriya filialını idarə edir. Lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Vəzifə öhdəlikləri:
- Kafedəki məhsulların mövcüdluğuna cavabdeh olmaq
- Barista ərazisinin təmizliyini təmin etmək
- Brendin standartlarına uyğun olaraq məhsulları hazırlamaq və təqdim etmək
- Brendin standartlarına uyğun olaraq müştərilərə xidmət etmək
- Məhsulların silinmələr kitabında vaxtında və düzgün qeydiyyatını aparmaq
- İş vaxtının sonunda istifadə olunmuş malların lazımi miqdarda yerinə qoyulmasını təmin etmək
- Günün sonunda avadanlığın təmizlənməsini və yoxlanılmasını təmin etmək
- Mərkəzi anbardan kafe anbarlarına malların göndərilməsi, qəbulu və düzgün formada yığılmasında iştirak etmək
- Məhsullarla iş və xidmət zamanı bütün gigiyena qaydalarına riayət etmək
- Malların FiFo (birinci alınan birinci satılır) prinsipinə uyğun olaraq istifadə olunmasına riayət etmək
Əsas tələblər:
- İxtisas / Təhsil:
- Orta və ya peşə təhsili (qida sektorunda arzuolunandır)
Təcrübə:
- Barista olaraq 1 il təcrübə arzuolunandır
- Professional biliklər:
- Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili arzuolunandır
- Professional bacarıq və kompetensiyalar:
- Komandada işləmə
- Ünsiyyət bacarıqları
- Təzyig altında işləmə
- Satış bacarıqları
Vakansiyalar ilə maraqlanan namizədlərdən CV-lərini recruitment@fbco.az e-mail ünvanına , mövzu hissəsində vakansiya adını qeyd edərək göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...