Qısa məzmun
Bakı Sığorta Subroqasiya üzrə mütəxəssis (hüquqşünas) vəzifəsi üzrə vakansiya elan edir
İş barədə məlumat:
- Subroqasiya yaranmış işlərin icraata qəbul edilməsi və mövcud sistemə işlənməsi;
- Subroqasiya iddiası ilə bağlı bildiriş məktublarının hazırlanması və cavabdeh tərəflərə göndərilməsi;
- Subroqasiya iddiası ilə bağlı işlərin məhkəməyə hazırlanması, məhkəmə proseslərində iştirak və məhkəmə-icra işinə nəzarət olunması;
- Mühasibatlıq şöbəsinin yazılı sorğusu əsasında, subroqasiya ödənişləri ilə bağlı məlumatın verilməsi;
- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə tələblər:
- Hüquq sahəsi üzrə ali təhsil;
- Qanunvericilik biliyinin mükəmməl olması;
- Dil bilikləri: Azərbaycan dilinin sərbəst bilikləri, ingilis dili və rus dili biliyi.
- Ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətlilik;
- Dəqiqlik;
- Öz fikirlərini aydın ifadə etmək bacarığı;
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
- Komanda ilə işləmək bacarığı.
- Həftə içi 5 gün, saat 09:00-18:00-dək
- Bakı Sığorta” ASC öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı hr@bakisigorta.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.