İş barədə məlumat:
- Şirkətin hüquqi və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin etmək;
- Cəmiyyətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- Şirkətin fəaliyyəti dövründə Subroqasiya hüququ yaradan bütün məsələləri araşdırmaq və həlli işini təşkil etmək;
- Sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktubları tərtib etmək;
- Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyatı dövlət orqanlarına sorğu vermək;
- Şirkətlə tərəf-müqabilləri arasında bağlanan müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrini təhlil etmək və rəy vermək;
- İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00;
Namizədə tələblər:
- Ali hüquq təhsili;
- Kompüter biliyi: MS Windows, Microsoft Office (Excel, Word, Outlook) Səviyyə: Əla
- Məsuliyyətli və işində dəqiq;
- Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
- İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir.
- İş yeri – Bakı şəhəri, Yasamal ray., A.M. Şərifzadə küç 315C
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@bakisigorta.az elektron ünvanına (Mövzu hissəsində -Subroqasiya şöbəsinə mütəxəssis qeyd etməklə) göndərmələri xahiş olunur.
Qeyd: Əmək haqqı 700 AZN ( işin nəticəsinə görə əlavə bonus ödənilməsi nəzərdə tutulub)